VE

“V” hərfinin və bu hərflə işarə olunan samitinin səssizin adı. VEC Adətən feillərlə işlənir: vecə gəlmək – lazım olmaq, gərək olmaq, yararlıq göstərmək, yaramaq. [Bəylərdən birisi:] Həkim tayfasının ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. M.F.Axundzadə. [Bəbir bəy:] Ancaq ki özün yovuşan adam deyilsən, .. vecə gələn deyilsən, üzünə deyirəm. Mir Cəlal; // hörməti olmaq, əhəmiyyəti, dəyəri olmaq. Puç olsun qocalıq, gördün ki, necə; Bir pulca xublara gəlməzmiş vecə. M.V.Vidadi; vecinə almaq – saymaq, etina etmək, əhəmiyyət vermək, hesablaşmaq. Bizim Həzi də belə şeyi vecinə alan deyil. S.Rəhimov; vecinə almamaq – saymamaq, etina etməmək; mütəəssir olmamaq. Kəndin uşaqları bu dəhşətli gurultunu heç vecinə də almırdılar. P.Makulu; vecinə gəlməmək – bax vecinə almamaq. Bu hal Rəfizadənin vecinə gəlmirdi. M.S.Ordubadi. Fəqət ofiser görərdi ki, dava yaman qızışıb, bunların heç birinin vecinə gəlmir. Əmr elərdi ki, vuruşanları gülləyə bassınlar. H.Sarabski; nə vecimə (vecinə) – bir şeyə, bir hadisəyə qarşı laqeydliyi ifadə edir – nə işimə (nə işinə), nə borcuma (nə borcuna). [Sona xanım:] A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir. M.F.Axundzadə. A qardaşlar, axır bir deyiniz görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kontora gəlib, axşam saat onda azad olursunuz. C.Məmmədquluzadə.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

VE сущ. название буквы “V” азербайджанского алфавита ətraflı

Author: Obastan; Publisher: Obastan