VƏDƏ

is. [ ər. ]
1. Bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət. Vədəsi çatmaq. Vədəsi qurtarmaq. – Şəbanın vədəsi tamam oldu.
Amma qayıtmağı üçün gərək şəhər əhlindən rizaməndlik alına idi. Ə.Haqverdiyev.

□ Vədə olunmaq – qabaqcadan müəyyən edilmək, şərtləşdirilmək.
// Bir işi təxir etmək üçün təyin olunan vaxt, möhlət. 6 ay vədə verdi.
// Ümumiyyətlə, vaxt, zaman, çağ.
Könül həsrət, can müntəzir, göz yolda; Ömr azaldı, vədə keçdi san ilə. M.V.Vidadi.
O vədə belə işləri başa düşürdüm, çünki on yeddi yaşında idim. C.Məmmədquluzadə.
Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq. Ə.Haqverdiyev.

Heç vədə – heç vaxt, qətiyyən.
Bu necə məleykə-önümdə belə; Axı mən heç vədə sevilməmişdim. M.Araz.

2. bax vəd.
Hər zaman Zeynal onu [Mehribanı] … quru və boş vədələr ilə dolandırırdı. S.Hüseyn.

□ Vədə vermək1) səs vermək.
Yarım mənə vədə verdi; Dedi, gəl gəz buralarda. Aşıq Abbas.
Keçən gün Zeynal səhər evdən çıxarkən vədə vermişdi ki, bu gün o, ən aşağısı üç yüz manat para alacaqdır. S.Hüseyn;

2) qabaqcadan söyləmək, demək.
Bəli, anam vədə verdiyi günlər gəlib çatdı. S.S.Axundov.

Vədəsinə əməl etmək – verdiyi sözü yerinə yetirmək.
Vədəsinə xilaf çıxmaq – verdiyi sözü yerinə yetirməmək.
Vədə(sini) almaq – birinin müəyyən vaxtda qonaqlığa və s.-yə gəlməsi haqqında ondan söz almaq; dəvət etmək, çağırmaq.
[Hatəmxan ağa] israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı cəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə.
İranda Məhəmmədəli şahın tərəfdarı məhz bir neçə adamdır ki, öz şəxsi mənfəəti üçün, yəni kimi rüşvət alıb və kimi vədə alıb şaha kömək eləyirlər. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VƏDƏ vədə bax vaxt 1
  • VƏDƏ vaxt — müddət — möhlət

Etimologiya

  • VƏDƏ Ərəbcə vaxt sözünün sinonimidir. Vəd isə “sözvermə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
VƏD
VƏDƏXİLAF
OBASTAN VİKİ
Vədə (film, 2016)
Vədə (ing. The Promise) — Terri Corcun rejissorluğu ilə çəkilmiş, əsas rollarını Kristian Beyl və Oskar Ayzekin oynadığı, erməni soyqırımından bəhs edən, təqdim edilməsi gözlənilən tarixi dram filmidir. == Məzmunu == Maykl (Oskar Ayzek) Osmanlı imperiyasının şərqində, Ermənistan ərazisində, kiçik erməni kəndində yaşayır və bu kənddən olan zəngin qıza 400 qızıl sikkə başlıq pulu vəd edir. Vədini yerinə yetirmək üçün o, həmin dövrdə ermənilər arasında tarixi adı ilə Konstantinopol kimi tanınan böyük şəhərə üz tutur. Şəhərdə tibb təhsili alan Maykl nüfuzlu generalın oğlu ilə dostlaşır. "Associated Press" müxbiri olan Kristofer (Kristian Beyl) Konstantinopola gələrkən özü ilə Parisdə böyümüş erməni mənşəli xanım Ananı da bu şəhərə gətirir. Maykl Konstantinopolda Ana ilə görüşür və ona aşiq olur. Osmanlı imperiyasında ermənilərin köçürülməsinə başlanılır. Mayklın bu işlərdən uzaqlaşmaq şansı olsa da, o tələbə yoldaşına kömək etmək üçün müharibəyə gedir. Lakin, zəngin dayısını müdafiə etdiyinə görə sonradan həbsə salınır.
Aslanbek Vədəlov
Aslanbek Vədəlov (3 aprel 1971) — Çeçen səhra komandiri, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, separatçı. ÇİR silahlı qüvvələrinin strukturunda Şərq Cəbhəsi və Şərq Cəbhəsinin Qudermes sektorunda yerləşən qüvvələrə əmr verən şəxs. "Qafqaz Əmirliyi" terror təşkilatının liderlərindən biri, əmir kimi çıxış edən şəxs, Dokka Umarovun ölümündən sonra təşkilat üzrə 1-ci müavin. Birinci və ikinci Çeçenistan müharibələrin iştirakçısı və rus yaşayış məntəqələrinə edilən hücumların təşkilatçısı. 2016-cı ilin noyabrında Türkiyədə tutularaq sərbəst buraxılıb. Sonrakı taleyi haqqında məlumat yoxdur. == Bioqrafiyası == 1971-ci il aprelin 3-də Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qudermes rayonunun İşxoy-Yurt kəndində anadan olmuşdur. Birinci Çeçenistan müharibəsində separatçıların tərəfində iştirak edir. İkinci Çeçenistan müharibəsinin başlaması ilə Əmir Xəttabın komandanlığı altında olur, "Çeçen İçkeriya Respublikasının Silahlı Qüvvələrinin Qudermes sektorunun" komandiri təyin olunur. Əmir Süleyman Elmurzayevin 2007-ci ilin aprelində ölümündən sonra Şeyx Əbdül-Halim Aslambeki CİR Silahlı Qüvvələrinin Şərq Cəbhəsinə komandir təyin edir.

Digər lüğətlərdə

задви́нуться несно́сно ни́точница пироте́хник протубера́нец усма́ часту́ха бисексуа́лка боже́ственный металло... отра́щивание поми́луй электромехани́ческий ватрушка ashtray cowl heteromerous Japanese mink maidservant recruiter startling synchromesh unit whippy валяльщик насторожиться