VİDALAŞMAQ

f. Görüşüb bir-birindən (həmişəlik, ya müvəqqəti) ayrılmaq; xudahafizləşmək, sağollaşmaq.
Student xanımla vidalaşaraq, iki gündən sonra daşınacağını bildirdi. Çəmənzəminli.
İkinci zəng vurulduqda miniklər vaqonlara minməyə başladılar.
Vidalaşmaq zamanı yetişdi. B.Talıblı.
Tez ol, sevgilim, tez ol gəl, artıq vidalaşaq. Ə.Cəmil.

◊ Həyatla vidalaşmaq – ölmək.
Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq edir. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VİDALAŞMAQ VİDALAŞMAQ Alman dərsi ləğv edildi. Biz meyster ilə vidalaşdıq (M.Hüseyn); AYRILMAQ Səba xanım Qətibədən ayrılıb getmək istədikdə Qətibə xanım ipək də
  • VİDALAŞMAQ ayrılmaq — xudahafizləşmək — sağollaşmaq
VİDALAŞMA
Vİ́DEO

Digər lüğətlərdə

...се́рдый автомобили́зм грамм-а́том защемле́ние какаве́лла ла́мповая медве́диха опрощение пренумера́нт преображе́ние бирю́ч запали́ть натя́гиваться подзе́мное царство шипша call-over othergates parsonage telephone true-hearted задумчивый кизяк круглоротые селезёночный чёртов