VİNİL

is. Kimyəvi maddə.
VİNETKA
VİNT
OBASTAN VİKİ
Poli-4-vinilpiridinin qismən kvaternizasiyası
Poli-4-vinilpiridinin qismən kvaternizasiyası Kvaternizasiya reaksiyası – başlanğıc amini alkilləşən agentlə çox zaman həlledici iştirakı olmadan qızdırmaqla qarışdırılması yolu ilə həyata keçirilir. Reaksiyanın müddəti və temperaturu hallogenalkanın təbiətindən asılıdır. Reaksiya qabiliyyəti xlordan flora doğru artır. Poli-4vinilpiridinin(P-4-VP) qismən kvaternizasiyası onun sonradan tikilərək metal ionlarına (mis, nikel, kobalt, manqan və s.) köklənməsi xüsusiyyətlərini yaxşılaşdırır. Bu məqsədlə P-4-VP-ni metanol məhlulunda benzilxloridlə kvaternizə edirlər. Benzilxloridin miqdarı polivinilpiridinin kütləsinin 10-60% təşkil edir. Qismən kvaternizə olunmuş poli-4vinilpiridini N,N1-metilendiakrilamidlə tikməklə üçölçülü quruluşlu komplekslər alınır. Bu komplekslər oksidləşmə və hidrogenləşmə reaksiyalarında geniş tətbiq olunur. == Mənbə == Э.Б.Аманов, Н.А.Зейналов, Г.М.Фараджев. Кинетика и сорбционные свойства частично кватернизированных поли-4-винилпиридинов.
Vinilasetilen
Vinilasetilen (C4H4) — Doymamış karbohidrogenlər sinfinə daxildir. == Ədəbiyyat == Петров А. А. Винилацетилен и его гомологи / Успехи химии, 1960, Том 29, № 9, Страницы 1049—1087. Вартанян С. А. Химия винилацетилена и его производных. — Ереван: Изд-во АН Арм. ССР, 1966. — 347 c. Темкин О. Н., Шестаков Г. К., Трегер Ю. А. Ацетилен: Химия. Механизмы реакций. Технология.
Vinilxlorid
Vinilxlorid (xloretilen) - CH2=CHCl-halogenli doymamış karbohidrogendir. == Xassələri == Vinilxlorid havadan ağır, zəif xloroform iyli, rəngsiz qazdır, asanlıqla alışıb yanır. Vinilxlorid dixloretan, xloroform, efir, neft karbohidrogenlərində yaxşı, suda isə çox pis həll olur. == Alınması == Vinilxlorid ilk dəfə 1835-ci ildə Viktor Reno tərəfindən dixloretanı natrium hidroksidin spirtli məhlulu ilə işləyərək almışdır. === Sənayedə === Asetilenin qaz və maye fazada katalizatorun (HgCl2) iştirakı ilə hidroxlorlaşdırılması ilə :CH≡CH + HCl → CH2=CHCl 1,2-dixloretanın dehidroxlorlaşdırılması ilə:CH2Cl−CH2Cl +NaOH → CH2=CHCl+ NaCl+ H2O == Kimyəvi xassələri == Vinilxlorid öz-özünə polimerləşir.Katalizatorun iştirakı ilə maye halında polimerləşdikdə termoplastik qatrana çevrilir: Vinilxlorid halogenləri və hidrogen-halogenidləri asanlıqla özünə birləşdirir:CH2=CHCl + HCl → CH3−CHCl2 == Tətbiqi == Vinilxloriddən alınan polivinilxlorid, eləcə də onun vinilasetat, vinilidenxlorid və s. vinil birləşmələri ilə birgə polimerləri sənayenin müxtəlif sahələrində geniş tətbiq olunan mühüm materiallardır. Plastik kütlə, sintetik lif, boya maddələri, süni dəri və s.istehsalında çox işlədilir. == Təhlükəsizliyi == Vinilxlorid keyidici narkotik maddədir. Havada az miqdarda olduqda insanın başı gicəllənir, çox olduqda isə insan şüurunu tamam itirir. == Mənbə == N.Ə.Səlimova, B.Ş.Şahpələngova.

Digər lüğətlərdə

горнодобыва́ющий дроздо́вые душегу́бствовать испу́ганность прораба́тывать тя́вкать э́ндшпиль вредоно́сно демократизи́ровать до свида́ния изгорева́ться искре́щивать монумента́льно нашали́ться неодновременно расте́ливаться ре́зальщица ты́ркнуться proto-Germanic pyelonephritis saddle-blanket sweet-scented императрица карминный отбросить