VÜQAR

is. [ər.] Öz heysiyyətini, mənliyini yüksək tutma, mühafizə etmə; təmkin, ağırlıq, ciddiyyət, başıucalıq. Qartalgözlü Əmirxanın baxışlarında; Bir kişilik, bir də vüqar oxuyur gəlin. S.Vurğun. [Qəhrəman:] Onlar nə qədər həyəcanlı olsalar da, özlərini yaxşı saxlayır və vüqar göstərirdilər. H.Nəzərli. // məc. Əzəmət, böyüklük. Pozmamışdır vüqarını nə qasırğa, nə tufan. S.Rüstəm. Bir vüqar duyaraq onun səsində; Yer-göy alqışladı bu qəhrəmanı. M.Rahim. Bu heykəlin vüqarı bölüyə aşkar olduqca, qəribə təsir edirdi. Ə.Əbülhəsən. vüqarla zərf Əzəmətlə, başını dik tutaraq, təmkinlə. Bir qaya başına qartal qonaraq; Dayanmış yenə də sakit vüqarla! S.Vurğun. Rüstəm .. bir dilək üçün heç kəsin qabağında qəddini əymir, vüqarla öz əlinə baxırdı. S.Rəhimov. // məc. İftixarla. Dünya gözəlləşir, dəyişir aləm; Ömür yollarını vüqarla keçdim. B.Vahabzadə.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

VÜQAR важность, гордость, достоинство, степенность ətraflı

Azərbaycanca-rusca lüğət

VÜQAR сущ. 1. гордость: 1) чувство собственного достоинства, самоуважения. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

VÜQAR təmkin — ağırlıq — ciddiyyət — başıucalıq ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

VÜQAR 1. VÜQAR Deyir Məşədi bəy alnında vüqar; Onun ipək kimi təbiəti var (S. ətraflı

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

VÜQAR ə. ağırlıq, ciddiyyət, təmkin; öz ləyaqətini gözləmə. ətraflı

Author: Obastan; Publisher: Obastan