Azərbaycan dilinin izahlı lüğətində YA sözün mənası. Толковый словарь азербайджанского языка.

nida [ər.] Xitab bildirir. Ya qismət! Ya mədəd! – Qədək aldım yaxalıq; Gəldi düşdü bahalıq; Can üzüb, yar sevmişəm; Sən kömək ol, ya xalıq! (Bayatı). Ver muradın bu Vaqifin, ya sənəm! M.P.Vaqif. [Əsgər:] Gəl, Əsgər, ya qismət de, bunu al! Ü.Hacıbəyov.
← YA₁

bağl. Bölgü və ehtimal mənalarını bildirir (ya da, ya da ki, ya ki variantları da vardır).

YABA →

is. Ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq, qaldırmaq, habelə başqa işlər üçün uzun saplı, iki və yaxud daha da artıq dişi olan kənd təsərrüfat aləti.