is. Ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq, qaldırmaq, habelə başqa işlər üçün uzun saplı, iki və yaxud daha da artıq dişi olan kənd təsərrüfat aləti. Dəmir yaba. – Bostana girən porsuq yabanı qəbul eylər. (Ata. sözü). [Bəxtiyar] ..özünə bir yaba da ala biləcəkdi. S.Hüseyn. Qızların, oğlanların, qoca və qadınların .. əlindəki dəyənəklər, taxta qırıqları, yabalar, bellər işə düşdü. M.Hüseyn. // Rəqəmlərlə – yabanın götürə biləcəyi miqdarı bildirir. İki yaba ot. – Yeganə giriş yoluna [Əlləzoğlu] qəsdən su buraxıb, bir yaba tikan qoyubmuş ki, cuvar adlaya bilməsin. İ.Hüseynov. ◊ Yaba ilə dovğa içmək – faydası, səmərəsi olmayan işlə məşğul olmaq.
← YA₂

nida [ər.] Xitab bildirir. Ya qismət! Ya mədəd! – Qədək aldım yaxalıq; Gəldi düşdü bahalıq; Can üzüb, yar sevmişəm; Sən kömək ol, ya xalıq! (Bayatı).

YABACIQ →

is. Balaca yaba.