is. [fars.] Çöl, biyaban, insan yaşamayan yer. ..Yabana hürən köpəklərin xırxırı, hürüşü kəsmə-kəsmə eşidilirdi. S.M.Qənizadə. ◊ Ağzını yabana qoymaq – boş-boş, hərzəhərzə danışmaq, ağzına gələni danışmaq. Sözüm yabana – söhbət əsnasında “sözüm sənə dəyməsin”, “sözüm sənə aid deyil” mənasında deyilən ifadə. Sözüm yabana, arvadım qəzetləri gətirdi: aldım, baxdım. C.Məmmədquluzadə.
← YABALIQ

is. Yabanın götürə bildiyi miqdar (adətən rəqəmlərlə). İki yabalıq ot.

YABANÇI →

sif. Özgə, yad. Yabançı adam. Yabançı ölkələr.