Azərbaycan dilinin izahlı lüğətində YADDAŞ sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti; hafizə. Yaddaşı inkişaf etdirmək. Yaddaşı zəifdir. Heç yaddaşım yoxdur. _ Yaddaş dəftərçəsi – yaddan çıxmasın deyə, bir şeyi qeyd etmək üçün kiçik dəftərçə. İclasda Cəmilənin dediyi misraları; Tapıb yazdı o, dərhal yaddaş dəftərçəsinə. B.Vahabzadə. Yaddaş etmək – yadında saxlamaq, yaxud yadında qalmaq üçün bir yerə qeyd etmək. Deyilənləri bir dəftərə yaddaş et. Yaddaş kitabçası – içərisində müəyyən bir sahəyə, ixtisasa aid ən vacib məlumat olan kitabça. [Gülşən:] Yaddaş kitabçasını əlində bərk sıxdı. Ə.Vəliyev. Yaddaşından çıxmaq – yadından çıxmaq, unutmaq. Çox yuxusuz gecələr sovuşsa da başımdan; Gözlərinin gülüşü çıxmayıb yaddaşımdan. R.Rza.
← YAD₂

bax yaddaş. _Yad edilmək – yada salınmaq, anılmaq, xatırlanmaq.

YADDAŞLI →

sif. Yaddaşı, yaxşı hafizəsi olan. Yaddaşlı uşaq.