YIĞIM

is.
1. Toplama işi. Vəsait yığımı. Yığım mənbələri.
// Məhsulu yığma, əkini biçmə, meyvəni dərmə. Taxıl yığımı. Dərman otları yığımı. Çay yarpağı yığımı.
– Çox çəkmədi ki, qızlar pambıq yığımına başladılar. Ə.Vəliyev.

2. Yığılmış, toplanmış məhsul və s. yığılmış, toplanmış məhsulun və s.-nin ümumi miqdarı. Taxılın ümumi yığımı. Bu il pambıq yığımı keçən ilkindən xeyli çox oldu.
// Bir şey üçün alınan və ya toplanan pul; gəlir. Sığorta yığımı. Gömrük yığımı. Xalis yığım.
3. Bir yerə yığılmış şeylərin məcmusu; yığın.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YIĞIM dərim
YIĞILMAQ
YIĞIMCIL
OBASTAN VİKİ
Maşın yığımı
Maşın yığımı hissələrin və düyümlərin maşının təyinatına cavab verən, müəyyən olunmuş ardıcıllıqla birləşməsi və bərkidilməsidir. Məmulun təşkiledici hissələrinin söküləbilən və sökülməyən birləşməsinə düyüm deyilir. Düyümün əsas xarakteri onun başqa elementlərdən yığılmasıdır. Düyümə daxil olan iki və daha artıq hissələr birləşməsinə altdüyüm deyilir. Altdüyümlər dərəcələrinə görə fərqlənirlər. Ən yüksək dərəcəli altdüyüm yalnız bir hissədən ibarət olur. Yığmanın başlandığı hissə və ya düyüm baza elementi adlanır. →Maşınqayırmada yığmaya sərf olunan əməktutumu məmulun ümumi əməktumunun 25÷30%-ni təşkil edir. Fərdi və kiçik seriyalı istehsalda isə daha çox çatdırma işləri tələb olunduğundan bu nisbət 40÷45%-ə qədər qalxa bilir. == Təsnifatı == Maşınqayırmada yığma ümumi və düyüm olaraq iki qrupa bölünür.
Məhsul Yığımının Yeni Üsulu (1979)
== Məzmun == Texniki-təbliğat kinolenti Azərbaycan şəraitində məhsulun yeni üsulla-İpatov üsulu ilə yığılması haqqındadır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Məhsul yığımının yeni üsulu (film, 1979)
== Məzmun == Texniki-təbliğat kinolenti Azərbaycan şəraitində məhsulun yeni üsulla-İpatov üsulu ilə yığılması haqqındadır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Pambıq yığımı Staxanovçuları (film, 1937)(I)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada məşhur pambıqçı Bəsti Bağırova tərəfindən tətbiq edilən iki əllə pambıq yığma üsulu haqqında danışılır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: İvan Tartakovski Operator: Mirzə Mustafayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Pambıq yığımı Staxanovçuları (film, 1937)(II)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada məşhur pambıq ustası Qüdrət Səmədovun iki əllə pambıq yığmasından, onun iş üsulundan söhbət gedir. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: İvan Tartakovski Operator: Mirzə Mustafayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Pambığın mexanikləşdirilmiş yığımı (film, 1961)
== Məzmun == Kinolent Azərbaycanda pambıq yığımında texnikadan-pambıqyığan kombayndan istifadə olunmasından, bunun əmək məhsuldarlığına böyük təsirindən danışır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teyyub Axundov Ssenari müəllifi: Əfqan Əsgərov, M.Qədimova Operator: Teyyub Axundov Səs operatoru: Sabir İsgəndərov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.

Digər lüğətlərdə

амфибрахи́ческий близ инспе́кторствовать клеветни́ца краснознамённый ксилоли́т провя́ливать старо... аристократи́чность бу́ква в бу́кву добронра́вие име́ньишко лампа́дный счерпну́ть сябер brawler brooch dial duad epidemiology verminate ботаник навеселе рабовладение смертельность