sif. Zabitəsi olan, nizam və intizam tələb edən, çox ciddi və tələbkar olan, nüfuz və təsir gücünə malik olan. Zabitəli adam. Zabitəli müəllim. Zabitəli müdir. – Zərrintac xanım .. dönüb zabitəli bir əda ilə Alagözü çağırdı. S.Rəhimov. Bəlkə, Həpir özünü zabitəli (z.) hiss etdirmək üçün qəzəblə gəlirdi? Mir Cəlal. Qız da nə isə başqa milis işçilərindən bir az seçilən bu zabitəli oğlana baxıb gülümsündü. H.Seyidbəyli.
← ZABİTƏ

is. [ər.] 1. Qayda, qanun, nizam, intizam.

ZABİTƏLİLİK →

is. Zabitəli olma, zabitəli adamın xassəsi.