Azərbaycan dilinin izahlı lüğətində ZAĞ sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [fars.] klas. Qara qarğa. [Aşıq Hüseyn:] Hüseyn düşsə cananından uzağa; Şeyda bülbül tənə vurar o zağa... Aşıq Hüseyn. Əgər dünyada insan və ədalət olsa idi, tərlan yerində zağ oturmaz idi. Ə.Haqverdiyev. // məc. Qara, qaralıq mənasında. Bülbül, sənin işin qandır; Aşıqlar sənə mehmandır; Tamam cəsədin əlvandır; Sinən altı zağı, bülbül. (Qoşma).
← ZAĞ₂

is. Qılıncı, bıçağı itiləyərək verilən cila, parlaqlıq.

ZAĞA →

is. Heyvan yuvası, mağara. Qurd da, quş da qoy çəkilsin öz ünvanına; Bir zağa da, bir saralmış yarpaq da yurddu. M.Araz.