Azərbaycan dilinin izahlı lüğətində ZAĞARA sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Dəri papağın aşağı və yuxarı kənarı, qırağı. // Palto yaxasına qoyulan dərinin qırağı, boynu. _Zağarası getmək (çıxmaq) – dəri papaq və ya yaxalığın kənarları yeyilib getmək. Aslan zağarası getmiş papağını çıxardıb əlindəki kağızı onun içinə qoydu.. M.Hüseyn. Həm aşağıdan, həm də yuxarıdan zağarası getmiş qəhvəyi Buxara papağı elə bil büzüşüb kəlləyə qalxmışdı. Mir Cəlal.
← ZAĞAR

is. məh. Yoğun, yekəqarın.

ZAĞCA →

is. zool. Qarğalar fəsiləsindən qara parlaq lələkli köçəri quş.