Azərbaycan dilinin izahlı lüğətində ZAĞLI sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. Zağ verilmiş, cilalanmış, cilalı. Zağlı tüfəng. Zağlı xəncər. – ...Yanan lampanın qüvvətli işığı altında göy zağlı xəncər yaşıl bir parıltı buraxırdı. S.Rəhimov. Kölgələnməsin deyə; Bəhramın gül rəngi; Mən hazır saxlamışam; Əldə zağlı tüfəngi. R.Rza. [Nazlı:] Kəndçi başıbatmışa zağlı beşaçılan verin, onda özünüz görərsiniz kəndçilərin bəylər haqqında fikri nədir? Ə.Məmmədxanlı.
← ZAĞLATMAQ

icb. Cilalatmaq, cila verdirmək.

ZAĞ-ZAĞ →

zağ-zağ əsmək (titrəmək) – bərk qorxmaq, qorxudan titrəmək.