1. Açıq, aşkar, aydın, meydanda olan (batin müqabili).
Mən bir Fərhad, sən bir şirindəhansan; Dərdin zahir, amma özün nəhansan.
Zahirdi qəmzənin cigər sökməyi; Can atmağı, nahaq qanlar tökməyi.
2. Xarici görünüş, görkəm, üz tərəf. Zahirdən batinə yol var. ( Ata. sözü ).
Batinin əksidir fəqət zahir.
[Əsgər:] Görünür, zahiri gözəl olan kimi batini də gözəldir.
Qəbul otağının astanasına qədəm basan oğlanın zahirində ilk nəzərdə diqqəti cəlb edə bilən bir şey yox idi.
□ Zahir etmək – aşkara çıxarmaq, üzə çıxarmaq, büruzə vermək, aydın etmək, məlum etmək, bildirmək.
Saxlama nəqdiqəmi-eşqini, ey can, zahir et; Kim, verim həbsi-bədəndən çıxmağa rüsxət sana.
Nami-məşuqi nə lazım zahir etmək, ey könül; El bilir, aləm bilir, gülruxlərin sultanıdır.
Anası oğlunun cinayətini; Görərək, zahir etdi nifrətini.
Zahir olmaq – aşkara çıxmaq, üzə çıxmaq, zühur etmək, meydana çıxmaq, görünmək.
Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu.
Bu əsnada yaxındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur.
Şeyx hər nə qədər səslədisə də, Gülsümdən səs zahir olmadı. ;
// məlum olmaq.
Vaqif öldü, neçin yasa gəlmədin? Ya zahir olmadı bu xəbər sənə?
Zahirə çıxmaq – üzə çıxmaq, məlum olmaq, görünmək.
Divarlardan asılmış xəritələri … olmasaydı, suvaqların töküldüyü, bişmiş kərpiclərin çılpaq qaldığı bəzi yerlərdə güllələrin dəlib açdığı dərin yaralar zahirə çıxardı.