ZIĞLI

sif.
1. Palçıqlı, lehməli, bataq, bataqlıq.
Küçə zığlı idi, [Nemətullayev] yeridikcə sürüşürdü. S.Rəhimov.
Zığlı dərəciklər quruyub yaşıllaşırdı. M.İbrahimov.

2. Qatı, qəliz. Bu qoyun yaxşı zığlı süd verir.
3. Kirli, çirkli.
Kaştan keçəlləmiş quyruğunu bulaya-bulaya yarıyumulu zığlı gözlərini teştə zilləmişdi. İ.Məlikzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZIĞLI kirli — çirkli
  • ZIĞLI palçıqlı — lehməli — bataqlı
ZIĞLATMAQ
ZIĞLIQ

Digər lüğətlərdə

верши́нный весо́чки из-под мы́шек истяза́ние мелкозу́бый мирза́ назе́мник нового́дний рахити́зм го́жий дисбаланси́роваться заме́шивание надроби́ть нефтезаво́д ни копья́ органи́чный пломбирова́ть прису́чиваться созерца́тель ца́рствование маглавие casualty department irresoluble технический тимофеевка