ZÖHR

is. [ ər. ] Günorta.
Elə isə sabah zöhr zamanı məni Qəsafə cameyinin qarşısında gözləyin. M.S.Ordubadi.
Günortaya yaxın zöhr namazının vaxtı olduğu üçün qaladan azan səsi eşidilərdi. H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZÖHR zöhr bax günorta
ZÖHD
ZÖHRƏ
OBASTAN VİKİ
Zöhr namazı
Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir. == Zöhr namazının qılınma qaydası == Niyyət Qiyam; Təkbirətul-ehram; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Ayağa qalxma; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Təşəhhüd; Ayağa qalxmaq Həmd surəsi, yaxud 3 dəfə təsbihati-ərbəə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Ayağa qalxma; Həmd surəsi, yaxud 3 dəfə təsbihati-ərbəə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Təşəhhüd; Salam.Qeyd: Müstəhəbdir ki, 2-ci rəkətdə həmd-surə oxuduqdan sonra rukudan qabaq qunut tutulsun. === Niyyət === Zöhr namazı qılıram qürbətən iləllah. === Qiyam === Ayaq üstə üzü qibləyə dayanmaq. === Təkbirətul-ehram === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd və surə oxunmaq === Həmd surəsi ilə ondan başqa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı. === Ruku === Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. === Bir cüt səcdə === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Alının qoyulduğu əşya torpaqdan alınan, yeməli, içməli olmayan əşya olmalıdır.
Anatoli Zöhrabbəyov
Zöhrabbəyov Anatoli Həsən oğlu (14.05.1909 - 1946) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1909-cu il mayın 14-də Bakıda dəmiryolçu ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirmişdir. APİ-nin kimya fakültəsində təhsil almışdır (1931). Bir neçə il Azərbaycan SSR Neft sənayesi Elmi-Tədqiqat neft-kimya institutunda laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır (1932-1933). Ədəbi fəaliyyətə 1940-cı ildən başlamışdır: dövri mətbuatda lirik şerlər, mahnı mətnləri çap etdirmişdir. Poetik yaradıcılığında Nizami Gəncəvidən tərcümələr başlıca yer tutur. Şairin "İsgəndərnamə" mənzum romanından rus dilinə etdiyi tərcümələr rəğbətlə qarşılanmışdır Əsərlərini rus dilində yazmışdır. "Odlu diyar" tarixi* romanı "Drujba narodov" almanaxında, "Vətən uğrunda" jurnalında, sonra isə ayrıca kitab Halında buraxılmışdır (1945). Burada XII əsr Azərbaycan ictimai-siyasi Hadisələri, xalq Həyatı, onun mübarizəsi maraqlı lövhələrlə təsvir edilmişdir.
Böyükgüllü zöhrəçiçəyi
Böyükgüllü zöhrəçiçəyi (lat. Cypripedium macranthum) - zöhrəçiçəyi cinsinə aid bitki növü.
Davud Zöhrabov
Davud Ramazan oğlu Zöhrabov — Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Mədəni Maarif ixtisasından sonra 1966-cı ildə Moskvada Kinematoqrafçılar İnstitutunun "kinoistehsalat təşkilatçılığı" kursunu bitirib. Kursu bitirəndən sonra orada "Möhkəm qoz" ("Krepkiy Oreşok") filmində direktor kimi təcrübə keçib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Davud Zöhrabov 11 sentyabr 2005-ci ildə vəfat edib. == Filmoqrafiya == Bəxtəvər (film, 1990) Dəli Kür (film, 1969) Əlavə iz (film, 1981) Gözlə məni (film, 1980) Güzgü (film, 1990)(II) İstintaq (film, 1979) Qanlı zəmi (film, 1985) Ölsəm... bağışla (film, 1989) Park (film, 1983) Son tamaşa (film, 1989) Yeddi oğul istərəm...
Faiq Zöhrabov
Faiq Ramazan oğlu Zöhrabov (16 iyul 1939 – 5 iyun 2009, Bakı) — Teatr rejissoru, aktyor. == Həyatı == Faiq Zöhrabov 1939-cü il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərmişdir. 1963-1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 1965-1972-ci illlərdə F.Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləmişdir. 1972-1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975-1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru işləmişdir. 1968-1985-ci illərdə F.Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişdir. 1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunmuş və orada 4 il baş rejissor vəzifəsində çalışmışdır. Bu dövrdə rejissor A.P.Çexovun "Elçilik", A.Şirvanzadənin "Nakam qız", Q.Lezqinsovun "Dağlar oğlu", N.Hikmətin "Bayramın birinci günü", Ü.Hacıbəyovun "O olmasın, bu olsun" və s.
Kərimov Zöhrab
Kərimov Zöhrab Azad (14.08.2003–12.09.2022) — Azərbaycanlı şəhid == Həyatı == Zöhrab Azad oğlu Kərimov Biləsuvar rayonuna dünyaya göz açıb. == Hərbi xidməti == Şəhidin nəşi ailəsinə təhvil verilib. Vida mərasimindən sonra şəhid dəfn olunması üçün Biləsuvar rayon qəbiristanlığına aparılıb. Şəhid cənazə namazı qılınaraq, torpağa tapşırılıb. Rayon rəhbəri üç rəngli dövlət bayrağını şəhidin atasına təqdim edib. Zöhrab Kərimov 6 ayın əsgəri idi.
Mirzə Salah bəy Zöhrabbəyov
Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu Zöhrabbəyov (1859, Şuşa – 1940) — görkəmli pedaqoq, Fransada, Rusiyada oxumuş ziyalı. == Həyatı == Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu 1859-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Fransaya yollanmış, burada 12 il təhsil aldıqdan sonra o, Rusiyaya gəlir və Sankt-Peterburq şəhərində təhsilini davam etdirmişdi. İnqilabdan əvvəl Şuşaya qayıdır, öz vəsaitinə məktəb tikdirir və həmin məktəbdə rus dili dərsini deməyə başlayır. Bu tədris fənni üçün Mirzə Salah bəy Zöhrabbəyov "Azərbaycanlılar üçün rus dilinin tədrisi" dərslik vəsaitini yazmışdır. Bir müddət Şuşa real məktəbində müəllim işləmişdi. O, Firidun bəy Köçərli birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etmişdi. Sovet hakimiyyəti gəldikdən sonra o, öz xoşu ilə Şuşadakı, Vladiqafqazdakı evlərini və şəxsi banklarını onlara təhvil verib, öz məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi. Mirzə Salah Zöhrabbəyov 1940-cı ildə vəfat edib.
Mirzə Salah bəy Zöhrabbəyovun evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. == Tarixi == Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib.8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. 28 illik işğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb. == Memarlıq xüsusiyyətləri == 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib.
Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. == Tarixi == Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib.8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. 28 illik işğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb. == Memarlıq xüsusiyyətləri == 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib.
Namus Zöhrabov
Namus Zöhrabov — Əməkdar artist. == Həyat və fəaliyyəti == Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb.Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib. 1977-ci ildə Leyla Vəkilovanın təkidi ilə yenidən işlədiyi ansambla qayıdıb, 1995-ci ilədək orada çalışıb.
Nəzirməmməd Zöhrablı
Nəzirməmməd Zöhrablı (tam adı:Nəzirməmməd Cankişi oğlu Quliyev) — Jurnalist-publisist == Həyatı == Nəzirməmməd Zöhrablı 1965-ci ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. 1993-cü ildə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika Fakultəsini bitirib. 1993-cü ildən etibarən ölkə miqyaslı “Odlar Yurdu”, “Respublika”, “Panorama”, “Yeni Zaman”, “Vətəndaş Həmrəyliyi”, “Xəzər” qəzetlərində, AzTV, ANS TV telekanallarında müxbir, şöbə müdiri, redaktor, sabiq özəl “Loğman” Tibb Texnikumunun mətbuat xidmətinin rəhbəri, Söz Azadlığını Müdafiəsi Fondunda (SAMF) layihələr üzrə koordinator, Mədəniyyət Nazirliyi "Xatirə" kitabı redaksiyasında redaktor, Qaynar tv-də redaktor vəzifələrində işləyib. Yüzlərlə publisistik məqalənin, “Üçrəngli bayrağa bürünmüş şairə”, "Hər yarpaq bir sözümüz", "Gözlər yoldan yığılarmı..." və "İgid ömrü" kitablarının müəllifi, “Həsən bəy Zərdabi və “Əkinçi”, “Şuşa və Ağdamın Turizm Potensialı”, ""Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı" kitablarının həmmüəllifidir. Bir neçə kitabın, o cümlədən şair M.Yaqubun 75 yaşı münasibətilə işıq üzü görmüş “Dövrün dəyirmanı”, "Sevgi şeirləri", "İndi bildim nağıldı...", "Gərək bu sözümü daşlara yazam" kitablarının, həmçinin şairin yaradıcılığına həsr olunan "Qara daşın sədası", Moskvada yaşayan həmyerlimiz, detektiv yazıçı Elçin Qasanovun "Azəri qızı Yerevanda" kitabının, eləcə də Çingiz Abdullayevin "Əclafların kredosu", "Namərdin üslubu", "Qələbənin səcdəgahı", Misir yazıçısı Necib Mehfuzun "Yeni Qahirə", Fransa yazıçısı Mark Levinin "Hardasan", Ukrayna yazıçısı Pavel Zaqrebelnının məşhur Hürrəm Sultandan bəhs edən "Poksolana",ABŞ yazıçısı Stiven Kinqin "11/22/63" romanı,Fransız yazıçısı Frederik Beqbederin "Ona və Selincer", məşhur detektiv yazıçı Aqata Kristinin “Quzğun yuvası” s. kitabların azərbaycancaya tərcümələrinin redaktorudur. Söz azadlığının, Azərbaycan dilinin qorunmasını, çağdaş jurnalistikanın inkişafını stimullaşdıracaq bir sıra layihələrin müəllifidir.
Ramiz Zöhrabov
Zöhrabov Ramiz Fərzulla oğlu (2 may 1939 – 24 aprel 2017) — Azərbaycan mədəniyyətinin alimi. Tanınmış musiqişünas-alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti, sənətşünaslıq doktoru, professor. == Həyatı == Ramiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuş, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmış, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olmuşdur. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşmişdir.
Sərhəd Zöhrabbəyov
Sərhəd Zöhrabbəyov (tam adı: Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov) — baş leytenant, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş igid döyüşçü. == Həyatı == Sərhəd Zöhrabbəyov 1956-cı ilin dekabr ayının 14-də Azərbaycan Respublikasının Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur. Yasap kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akademiyasının aqronomiya şöbəsini bitirib, Bərdə rayonunun «Komsomol», «Kalenin», «C.Cabbarlı» adına kolxozlarda baş aqronom, idarə heyətinin sədri, meşə kənd təsərrüfat idarəsinin müdiri vəzifələrində işləmişdir. S.Zöhrabbəyov son iş yerindən könüllü vətən çağrışına qoşulmuş, Bərdə hərbi batalyonun qərargah rəisi olmuş, yüksək döyüş qəhrəmanlığı gəstərmiş 1992-ci ilin avqustun 24-də Dranbom uğrundakı vuruşmalarda şəhid olmuşdur. Məzarı Qusar rayonunun Yasab kəndindədir. Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhədin həyat yoldaşı Etibar xanım, oğlu Zöhrab, qızı Reyhanə Bərdə şəhərində yaşayırlar. Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikasının prezidentinin 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur. Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır. Sərraf Şiruyənin "Ölümdən sonrakı ömür" kitabı «Azərbaycan bayrağı» ordenli igid döyüşçü, cəsur kəşfiyyatçı, vətən yolunda qəhrəmancasına şəhid olmuş Bərdə hərbi batalyonunun qərargah rəisi Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyovun döyüş fəaliyyətinə həsr olunmuşdur. == Şəkilləri == == Mənbə == Sərraf Şiruyə "Ölümdən sonrakı ömür", Gəncə-1997.
Vəcihə Zöhrabova
Vəcihə Ramazan qızı Zöhrabova — Azərbaycanlı alim, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Vəcihə Ramazan qızı Zöhrabova – 20 may 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-cı ildə "qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmiş və Geologiya İnstitutunda işləməyə başlamışdır. Geologiya-mineralogiya üzrə fəlsəfə doktorudur, elmi rütbəsi dosentdir. == Fəaliyyəti == Vəcihə Zöhrabovanın elmi fəaliyyəti qeyri-filiz faydalı qazıntıların litologiyası və mineralogiyasının öyrənilməsi ilə bağlıdır. O, 1989-cu ildə "Şamaxı-Qobustan bölgəsinin eosen bentonit təzahürlərinin əmələ gəlmə şəraiti və maddi tərkibi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Şixandağ yatağını kəşf və tədqiq etmişdir. Əmbizlər, Qabandağ, Ağdərə, Yunusdağ-Ağburun, Kemçi və s. qələvili bentonit təzahürlərini aşkar etmişdir. Vəcihə Zöhrabova 1973-1978-ci illərdə "Qeyri-metallik faydalı qazıntıların geologiyası və mineralogiyası" laboratoriyasının əməkdaşları ilə birlikdə Tovuz və Qazax rayonları ərazisində yerləşən seolitləşmiş tuflar (Aydağ və Yuxarı Öksürlü yataqları), bentonit gilləri (Daşsalahlı və Qaymaqlı yataqları) və kaolinləşmiş süxurların (Kotandağ və Kəmərli yataqları) tədqiqatı ilə məşğul olmuşdur.
Zöhrab Abbasov
Zöhrab Abbasov (tam adı: Zöhrab Heydərəli oğlu Abbasov; 26 fevral 1970, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1970-ci il fevralın 26-sı Bakıda anadan olmuşdur. 6 yaşında vərəm xəstəliyinə tutulmuş, 7 yaşında artıq hər iki valideynini itirmişdir. Bu səbəbdən də, əvvəlcə Pirşahı internatında böyümüş, sonralar isə nənəsi ilə birgə yaşamışdır. Vərəm xəstəliyi olduğu üçün Zöhrab heç yerdə işləməmişdir. Subay idi. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-u bacısı Mehribanın yanına Yasamala getmişdir, orada ona özünü yaxşı hiss etdiyini, həkimlərin proqnozuna görə xəstəliyin yavaş-yavaş özü çəkiləcəyini demişdir. Səs-küy və atışmanı eşidən Zöhrab XI Qızıl Ordu meydanına getmiş, orada dəyənəklə, tüfəngin qundağı ilə, küt alətlə döyülərək ağır bədən xəsarəti almışdır. Elə həmin gün də neyrocərrahiyyə xəstəxanasında aldığı xəsarətlərdən vəfat etmişdir. Xırdalan qəbiristanlığında dəfn edilmişdir.
Zöhrab Abbasov (əsgər)
Zöhrab Natiq oğlu Abbasov (17 sentyabr 2001; Eynallı, Ağstafa rayonu — 13 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zöhrab Abbasov 2001-ci il sentyabrın 17-də Ağstafa rayonunun Eynallı kəndində anadan olub. 2007 – 2018-ci illərdə X. İsmayılov adına Eynallı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Zöhrab Abbasov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zöhrab Abbasov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 16-da Ağstafa rayonunun Eynallı kəndində dəfn olunub.
Zöhrab Adıgözəlzadə
Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (3 iyul 1940, Bakı – 24 may 2012, Bakı) — Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti (1982), professor. == Həyatı == Zöhrab Adıgözəlzadə 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edib. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.. == Ailəsi == Azərbaycan pianoçusu Murad Adıgözəlzadənin atasıdır. == Mükafatları == Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Zöhrab Allahverdiyev
Zöhrab Sübhan Allahverdiyev (28 sentyabr 2001, Şamaxı – 10 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zöhrab Allahverdiyev 2001-ci il sentyabrın 28-də Şamaxı şəhərində anadan olub. 2007–2018-ci illərdə M. K. Veysov adına 6 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Zöhrab Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Zöhrab Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Zöhrab Allahverdiyev oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zöhrab Cəfərov
Zöhrab Hümbətov
Zöhrab Məmməd oğlu Hümbətov (1984; Böyük Qışlaq, Tovuz rayonu, Azərbaycan — 14 dekabr 2022; Çıraq, Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, şəhid. == Həyatı == Zöhrab Hümbətov 1984-cü ildə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olmuşdur. 1990-2001-ci illərdə orta təhsil almışdır. Ailəli idi. 3 övladı yadigar qaldı. == Hərbi xidməti == Zöhrab Hümbətov 2002-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan dərhal sonra müddətdən artıq həqiqi hərbi xidmət üçün kurslara yazılmışdır. Kursları başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etmişdir. "Gizirlik kursu"nu bitirərək "gizir" rütbəsini almışdır.
Zöhrab Kərimov
Kərimov Zöhrab Azad (14.08.2003–12.09.2022) — Azərbaycanlı şəhid == Həyatı == Zöhrab Azad oğlu Kərimov Biləsuvar rayonuna dünyaya göz açıb. == Hərbi xidməti == Şəhidin nəşi ailəsinə təhvil verilib. Vida mərasimindən sonra şəhid dəfn olunması üçün Biləsuvar rayon qəbiristanlığına aparılıb. Şəhid cənazə namazı qılınaraq, torpağa tapşırılıb. Rayon rəhbəri üç rəngli dövlət bayrağını şəhidin atasına təqdim edib. Zöhrab Kərimov 6 ayın əsgəri idi.
Zöhrab Mehdiyev
Zöhrab İlham oğlu Mehdiyev (30 mart 1998; Aşağı Çardaxlar, Zaqatala rayonu — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zöhrab Mehdiyev 1998-ci il martın 30-da Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub.2004-2015-ci illərdə Aşağı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Zöhrab Mehdiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zöhrab Mehdiyev oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zöhrab Mirzəyev
Zöhrab Mirzəyev (Mirzəyev Zöhrab Mirzə oğlu; d. 1974 – v. 1992) — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Zöhrab Mirzəyev 1974-cü ildə sentyabrın 22-də Ermənistan SSR-nin Vedi rayonunun Şidli kəndində anadan olub. 1981-ci ildə Şidli kəndində 1-ci sinifə gedib. 1988-ci ildə məlum səbəblərə görə qaçqın düşüb Xətai rayonunda məskunlaşıb. Orta məktəbi Xətai rayonunda 116 saylı orta məktəbi bitirib. 1991-ci ildə sənədlərini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə verib və 2 imtahandan sonra kəsilib. Universitetdən kəsiləndən sonra Azəristilik təchizatda elektrik mantyoru işləyib. == Qarabağ müharibəsində iştirakı == 1992-ci ilin avqustun 11-i könüllü olaraq cəbhə bölgəsinə gedib.
Zöhrab Mnatsakanyan
Zöhrab Mnatsakanyan (20 mart 1966, İrəvan) — Ermənistanın keçmiş xarici işlər naziridir.16 noyabr 2020-ci ildə vəzifəsindən istefa vermişdir. == Həyatı == == Təhsili == Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Münasibətlər Bölməsini bitirib və Mançester Viktoria Universitetinin Sosial, İqtisadi və Siyasi Tədqiqatlar Bölməsində Qərbi Avropa Siyasəti (İqtisadiyyat) magistr dərəcəsini almışdır. == Diplomatik karyerası == 1991-ci ildə Xarici İşlər Nazirliyinə daxil olmuş, 1997-ci ildə qısa bir müddət, Ermənistan Xarici İşlər Naziri Aleksandr Arzumanyanın Xarici İşlər Nazirliyinin idarə rəisi, 1997-1999-cu illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 1999-2002-ci illər arasında Prezidentin Xarici Əlaqələr Bölməsinin müdiri vəzifələrində çalışmışdır. 2002-2008-ci illərdə Ermənistanın BMT-nin Cenevrə Ofisində Daimi Nümayəndəsi olmuş və həmçinin eyni illərdə İsveçrənin (Cenevrədə qalmaqla) səfiri vəzifəsini icra etmişdir. 2008-2011-ci illər arasında Ermənistanın Avropa Şurası yanında Daimi Nümayəndəsi (Strasburqda), 2011 ilə 2014 arasında Xarici İşlər Nazirinin müavini və Avropa Birliyi-Ermənistan tərəfdaşlıq sazişinin baş müzakirəçisi olaraq çalışmışdır. 2014-cü ildən etibarən Ermənistanın (Nyu-Yorkda) BMT-dəki daimi nümayəndəsi olmuşdur. 12 may 2018-ci ildə Xarici İşlər Naziri təyin edilmişdir. 16 noyabr 2020-ci ildə istefa vermişdir.
Zöhrab Məmmədov
Zöhrab Əsəd oğlu Məmmədov (17 fevral 1941, Qubadlı rayonu – 24 mart 2021) — Qubadlı (1980–1985) və Abşeron (1985–1990) rayon Partiya Komitəsinin birinci katibi. == Siyasi-ictimai fəaliyyəti == 1972–1975-ci illərdə Azərbaycan SSR Tərtər rayonu Partiya Komitəsinin katibi olmuşdur. 1975–1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəznindəki Ali Partiya məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçı vəzifəsində çalışmışdır. 1979–1985-ci illərdə Qubadlı rayon KP birinci katibi vəzifəsində çalışmışdır 1985–1989-cu illərdə Abşeron rayonu KP birinci katibi vəzifəsində çalışmışdır. 1990–1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur. AR Prezident yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində çalışmışdır. AR Əmlak Komitəsində bir sıra vəzifələrdə çalışmışır. "Ay-Ata" ASC-nin idarə heyətinin sədri olmuşdur.

Digər lüğətlərdə

дрозди́ный зубри́стика кагэбэ́ корриги́рование микрофотосъёмка обу́тка опи́вки романизова́ться спирометри́ческий бри́твенный гальванопла́стика непричёсанный плани́рование самое ра́ннее срази́ть экста́з крыж просинец сагайцы флер ablastemic division sign sad sack задача развозиться