Mel Blank
Mel Blank (ing. Mel Blanc; 30 may 1908[…], San-Fransisko, Kaliforniya – 10 iyul 1989[…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — "Min səsli insan" ayaması ilə tanınan amerikalı.
Mel Blank Warner Bros. cizgi filmlərinin bir çox qəhrəmanlarını və o cümlədən Baqz Bannini səsləndirib. Günlərin bir günü o avtomobil qəzasına düşür və kəllə sümüyünü sındıraraq 3 həftəlik komada olur. Komada Blanka dəfələrlə müraciət edilməsinə baxmayaraq o reaksiya vermirdi, lakin haçan ki, həkim ondan: "Necəsən, Baqz Banni?", soruşur, aktyor dərhal dovşan səsi ilə cavab verir.
Blankın məzarında bir çox cizgi filmlərinin sonluğunda donuz balası personajı Porki Piqin səsləndirdiyi məşhur "That's All Folks" (azərb. "Bu da son, uşaqlar") frazası yazılmışdır.