BOĞMA

is.
1.Boğmaq”dan f.is.
2. Yoluxma boğaz xəstəliyi (xalq arasında difteritin adı). Boğma çıxarmaq (boğma xəstəliyinə tutulmaq).
3. məc. dan. Yemək, xörək, çörək mənasında (nifrət, hiddət və acıqla deyilir).
[Fatma xanım:] Get, boğma bişir, zəhər bişir … yaxşımı? N.Vəzirov.

4. sif. Ortası dar, ağız və alt tərəfi isə gen (qab, stəkan və s. haqqında).
Nurcahan qarpızı samovarın qabağında oturub, güllü boğma stəkanları silirdi. S.Rəhimov.

◊ Boğma çıxarmaq – qarğış əlaməti olaraq iki əlini qabağa gətirərək yumruq göstərmək.
Fatma xanım ikiəlli İsgəndərə boğma çıxardıb gedir. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOĞMA sıxma
  • BOĞMA öldürmə
BOĞDURMAQ
BOĞMACA

Digər lüğətlərdə

дру́жка на дру́жку колониа́льный контактова́ть неконкурентоспосо́бный перемётка скорня́чить сле́пнуть характеристи́чно аппликату́ра бросаться на амбразу́ру дво́рницкая минта́й прили́зываться шуга́ние клокот aureola can-do occupier picture hat resilient Russel двусмысленность заземлить перехватчик шлица