BÖLGƏ₁

is. zool. Nərə balığının bir növü, beluqa.
BÖLGƏ₂
BÖLGÜ
OBASTAN VİKİ
Bölgə
Region (lat. regio — «nahiyə», «ölkə», «vilayət») — vahidliyi olan və ona daxil olan elementlərinin sıx bağlıılğı olan müəyyən bir ərazi. Hansısa ölkənin və ya dünyanın müəyyən hissəsi də başa düşülür.
Adaptiv bölgə
Adaptiv bölgə — taksonun inkişaf edə bildiyi yaşama sahəsi. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Bölgə (balıq)
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
51-ci Bölgə
51-ci ərazi (ing. Area 51) (ICAO: KXTA) — Nevada Sınaq və Təlim Bazasında yerləşən yüksək səviyyəli ABŞ Hava Qüvvələri müəssisəsi. Rəsmi olaraq Homey hava limanı (KXTA) və ya yaxınlıqda yerləşən duz gölünün adı ilə Qrum Gölü adlandırılır. Müəssisədə keçirilən əməliyyatların detalları ictimaiyyətə açıqlanmasa da, ABŞ Hava Qüvvələri bunu "açıq təlim bazası" adlandırır. Ehtimal olunur ki, tarixi sübutlara əsaslanaraq eksperimental təyyarə və silah sistemlərinin inkişafı və sınaqları burada həyata keçirilir. ABŞ Hava Qüvvələri 1955-ci ildə, ilk növbədə Lockheed U-2 təyyarəsinin uçuş sınaqları üçün buranı seçdi.
Kayes (bölgə)
Kayes (Bambara: ߞߊߦߌ ߘߌߣߋߖߊ təl. Kayi Dineya) — Malinin inzibati bölgüsünə daxil olan səkkiz bölgədən biri. Malinin birinci inzibati ərazisidir və 120 760 kv. kilometr ərazini əhatə edir. Paytaxtı Kayes şəhəridir. Bölgə tarixən Qana imperiyası və Mali imperiyasının tərkibində olmuşdur. == Coğrafiya == Kayes bölgəsi şimaldan Mavritaniya, qərbdən Seneqal, cənubdan Qvineya və şərqdən Kulikoro bölgəsi ilə həmsərhəddir. 2009-cu ildə bölgənin əhalisi 1 996 812 nəfər olmuşdur. Ərazidə yaşayan etnik qruplara Soninkelər, Xasonkelər, Mandinkalar, Dialonkelər və Fulalar ( fr. Peuls, ful.
Midiya (bölgə)
Midiya (Qədim Fars dilində: Māda, Orta Farsca: Mad), Güney Azərbaycanın (indiki iranda) orta və cənub bölgəsindəydi və Midiya Dövlətinin siyasi və mədəni mərkəzi olaraq tanınırdı. Əhəmənlər dövründə indiki Azərbaycan, Cənubi Azərbaycanı, Urmiya və Rəşt, Sari, Simnan əhatə edirdi.Əhəmənlər hakimiyyəti altındakı Satrap olaraq, şimalda Dağıstanın cənubuna qədər uzanan daha geniş bir bölgəni əhatə edərdi. Ancaq Böyük İsgəndərin müharibələrindən sonra şimal hissələr ayrıldı və Atropaten adlandırıldı, qalan bölgəsiysə Kiçik Midiya olaraq tanındı. Madaylar, mataylar, madalılar və ya midiyalılar (q. fars Māda-, q.yun. Μῆδοι, ivr. ‏מָדַי‏‎, translit Maday) – mannalardan sonra Azərbaycanda ikinci dövlət qurumunun əsasını qoymuş müasir Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış tayfalardan biridir. Azərbaycan xalqının formalaşması prosesində madaylar başqa türk etnosları ilə qaynayıb qarışdı. Onların birbaşa varisləri Cənubi Azərbaycanda türk dilində danışan Madabad, Madi, Mahnabad, Mehni (fars dilinin təsiri ilə d səsi h səsinə keçmişdir) və başqa kəndlərdə yaşamaqdadır . Savalanda indi əhalisi türkdilli Madya kəndi vardır.
Qao (bölgə)
Qao (Bambara: ߜߊߏ ߘߌߣߋߖߊ Qao Dineya) — Malinin şimal-şərqində rayon. Paytaxt şəhəri Qaodur. == Coğrafiya == Rayon şimaldan Kidal, qərbdən Tombuktu bölgələri, şərqdən və cənubdan isə Burkina-Faso (Sahel bölgəsi) ilə cənub sərhədinin bir hissəsini bölüşən Niger (Taxua və Tillaberi regionları) ilə həmsərhəddir. == Demoqrafiya == Qao bölgəsindəki ümumi etnik qruplara Sonqay, Bozo, Tuareq, Bambara və Kounta daxildir. Qao bölgəsi, Malinin 2012-ci il Tuareq üsyanı zamanı Avazadanın Azadlığı Üçün Milli Hərəkat (MNLA) tərəfindən ayrılmış və müstəqil elan edilmiş şimal hissəsi idi. Müharibə illərində, xüsusən Qao bölgəsində bir sıra döyüşlər baş vermişdi. == İnzibati bölgüsü == Qao inzibati olaraq dörd dairəyə bölünür: == Tarix == Qao bölgəsi əvvəllər ölkənin Tomboktu bölgəsindən şərqdə olan şərq hissəsini əhatə edirdi. 1991-ci ildə Qao bölgəsinin şimal yarısı Kidal bölgəsinə verildi.
Sikaso (bölgə)
Sikaso (Bambara: ߛߌߞߊߛߏ ߘߌߣߋߖߊ təl. Sikaso Dineya) — Malinin ən cənub bölgəsi. Bölgənin paytaxtı Sikaso, ölkənin ikinci ən böyük şəhəridir və Kot-d'İvuardakı şiddətdən cənuba qaçan insanlar səbəbiylə sürətlə böyüyür. Əsas etnik qruplar arasında maskaları və heyvanlara hörmətləri ilə tanınan Senoufolar, Malinin ən yaxşı fermerləri kimi tanınan Samaqolar və Malidəki əsas etnik qrup olan Bambara qəbiləsi var. Bölgənin yerli iqtisadiyyatı əkinçiliyə əsaslanır və Malinin digər bölgələrindən daha çox yağış aldığından meyvə və tərəvəz ilə tanınır.
Skane (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Skone (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Sudan (bölgə)
Sudan (ərəb. بلاد السودان‎ — bilâd as-sudan; hərfi mənada "qaralar ölkəsi") — Mərkəzi Afrikanın Saxaradan cənubda 5-co şimal yarımkürəsinin ekvtordan şimala 5-ci paralelinə kimi olan şimal hissəsi. Qərbdən Seneqaldan, Şərqdən Efiopiya, cənubdan Keniya ilə əhatələnib. İqliminin münasib olmasına rəğmən e.ə. I minillikdən başlayaraq eramızın I minilliyi də daxil olmaqla bütün Afrika əhalisinin yarısı bu ərazilərdə məskunlaşıb. Shəsi 5 mln. km²-ə yaxındır. Sudan və Saxara arasında sərhəd zona Sahel adlanır.
Odişi (tarixi bölgə)
Odişi (gürc. ოდიში) Qərbi Gürcüstanda keçmiş Mingreliya knyazlığının əsas mülkü olan tarixi bölgədir. 19-cu əsrin əvvəllərindən bu toponimi Sameqrelo (Mingrelia) əvəz etmişdir. == Coğrafiyası == Gürcüstanın əksər tarixi bölgələri kimi Odişanın da dəyişkən sərhədləri vardı. Qərbdə Qara dəniz və şərqdə Tsxenistski çayı ilə sərhəddir; Şimalda Takveri dağları, Rioni çayı cənubda Odişi ilə Guria arasındakı sərhədi meydana gətirdi. Sözün daha dar mənasında Odişi, Qara dəniz tərəfindən yuyulan İnguri və Tehuri çayları arasında bir torpaq sahəsi deməkdir. Əsas şəhər və ən böyük yaşayış yeri Zuqdidi idi. Martvilidəki Çkondidi, əsas xristian katedrali olaraq xidmət etdi. Odişi xalqı üçün gürcü cin odişarı idi. == Tarixi == Odişi ilk dəfə Gürcüstan salnamələrində, Kraliça Tamarın hakimiyyəti dövründə (1184–1213-cü illərdə hökmranlıq etmişdir), müvafiq yerlərdən gələn Bediani və Dadiani ailə adları olan bir sülalədən bir eristavi ("hersoq") tərəfindən idarə olunan bir fiefdom olaraq görünür.
Rus (tarixi bölgə)
Rus (Qədim Rus dilində Роусь, və ya Роусьскаѧ землѧ (Rus torpağı) — şərqi slavyanların yaşadığı tarixi bölgə. Dövlət adı kimi Rus sözündən ilk dəfə 911-ci il rus-bizans müqaviləsində istifadə edilib. Bundan daha əvvəllər rus etnonimi (xalq adı olaraq) olub. XII əsrin əvvələrində yazılmış "İbtidai salnamə"yə əsasən bu söz varyaqların rus adlanan tayfalarından əmələ gəlib hansılar ki, slavyanlar (sloven, kriviçi) və fin-uqorlar tərəfindən 862-ci ildə tayfalararası münqaşiləri həll etmək üçün vasitəçi kimi dəvət olunublar. Tarixşünaslıqda belə bir məsələ var ki, şərqi slavyanaların torpaqlarında Rus xaqanlığı adında dövlət mövcud olub. Azsaylı yazılı mənbələr sayəsində Rus xaqanlığının rus ərazisində yerləşdiyi qeyd olunub. == Rus sözünün mənşəyi == Səlnamə mənbələrində qeyd olunduğu kimi, şərq slavyanlarının Rus dövlətinin adı varyaqların rus adlanan tayfalarının adından yaranıb. Varyaqların slavaynalar tərəfindən çağrılmasına qədər, gələcəkdə "birinci rus dövlətinin" yaranacağı bölgədə yaşayan slavyan tayfaları öz adları ilə yaşayırmışlar. Qədim rus salnaməçilərindən olan XII əsrin əvvəlində monax olmuş Nestor (Nesor Səlnaməçi) qeyd edir ki, "həmin varyaqlardan etibarən Ris torpağı adı yarandı". == Mənbə == Цукерман К. «Два этапа формирования Древнерусского государства».
Sen-Lui (bölgə)
Sen-Lui — ( fr. Région de Saint-Louis ) Seneqalın Mavritaniya sərhəddə yerləşən bölgəsi. İnzibati mərkəzi Sen-Luidir. 19-cu əsrdə Fransız müstəmləkəçiləri tərəfindən inşa edilən çuqun körpü ilə məşhur olan bölgədə minlərlə quşun yaşadığı Cuc Milli Parkı yerləşir.
Alamo Plaza tarixi bölgəsi
Alamo Plaza tarixi bölgəsi — Texas ştatı, ABŞ-nin mərkəzində yerləşən San-Antonio şəhərinin tarixi bir bölgəsidir. 1977-ci ildə tarixi yerlərin milli reyestrinə daxil edildi. Buraya ayrıca qeydiyyata alınmış tarixi yer və ABŞ-nin milli tarixi məkanı olan Alamo daxildir. Alamo Plazanın düzeni və abadlaşdırılması 19-cu əsrin sonlarında şəhər bələdiyyə üzvü Anton Vulff tərəfindən hazırlanmış və nəzarət edilmişdir. Sahə adından gördüyü işlərə görə yerli iş adamları ona təşəkkür sözləri ilə həkk olunmuş qızıldan hazırlanmış gəzinti çubuğunu təqdim etmişdilər.
Aralıq dənizi bölgəsi
Aralıq dənizi regionu (türk. Akdeniz Bölgesi) – Türkiyənin yeddi coğrafi regionundan biri. Anadolunun cənubunda Aralıq Dənizi sahili boyu uzanır. Eni 120–180 km arasında dəyişir. Qərb və şimal qərbində Egey Dənizi Bölgəsi, şimalında Daxili Anadolu Bölgəsi, şərqində Cənub-şərqi Anadolu Bölgəsi, cənubunda isə Aralıq Dənizi yerləşir. Cənub-şərqdən Suriya ilə qonşudur. Türkiyənin başqa bölgələrində olduğu kimi Aralıq Dənizi Bölgəsində də region sərhədləri ilə idarəetmə orqanları olan rayonların sərhədləri tamam olaraq üst-üstə düşmür. == Ümumi məlumat == === Ənlər === Karstik Ərazinin ən yaygın olduğu bölgə. Gölün ən çox olduğu bölgə. Bananın yetişdirildiyi tək bölgə.
Aran bölgəsi
Aran — Azərbaycanda tarixi - coğrafi məfhumdur. Yayla və dağlıq ərazilərin əksinə olaraq, respublikanın ərazisində isti və quru iqlimə malik olan bütün düzənlik sahələrinə aran deyilir. == Əhatə etdiyi rayonlar və ərazisi == Aran bölgəsi Aran iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibatı rayonlarını və Şirvan, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir. Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min kv. km olmaqla ölkə ərazisinin 24,7 %-ni, əhatə edir. Aran iqtisadi rayonun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi mailidir. Region üçün əsasən,quru subtropik iqlim xarakterikdir.
Arazbar bölgəsinin mənəvi mədəniyyəti (kitab)
Arazbar bölgəsinin mənəvi mədəniyyəti — Ənvər Çingizoğlunun Qarabağın bir bölgəsi olan Arazbar haqqında yazdığı kitab. Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın və onun bir bölgəsi olan Arazbarın mənəvi mədəniyyətindən danışılır. Mənəvi mədəniyyətin təkamülünün başlıca mərhələləri və əsas cəhətləri müəyyənləşdirilir, köçəri və oturaq mədəniyyət tarixinin mühüm və aktual problemləri araşdırılır.
Avropa Bölgələr Komitəsi
Avropa Bölgələr Komitəsi ( ing. Committee of the Regions ) — qısa adı CoR Avropa Birliyi Anlaşmasıyla qurulmuşdur. Komitənin 329 həqiqi üzvü və eyni sayda alternativ üzvü var. Komitə işlərini Lüksemburqda aparır.İlk iclasını 9–10 mart 1994-cü ildə keçirmişdir. Avropa Birliyi Anlaşması Şura və Komissiyanın regional maraqlarının əsas olduğu təhsil, gənclər, mədəniyyət, cəmiyyətin sağlamlığı, iqtisadi və ictimai bütünləşmə və Avropa səviyyəsində nəqliyyat, telekommunikasiya, enerji sahələri kimi mövzularda Bölgələr Komitəsinin fikrinə müraciət edilməni zərurət halına gətirmişdir. Bölgələr Komitəsi bundan başqa özbaşına da fikir bildirə bilər. Bölgələr Komitəsinin fəaliyyətləri ildə 5 dəfə təşkil olunan əsas heyət iclaslarından başqa 8 komissiya və 4 alt komissiya tərəfindən yeridilir. Komitəyə bağlı bir xüsusi komissiya Avropa Birliyində təşkilati islahat mövzusunda hesabat hazırlayır. 1999-cu il Amsterdam Anlaşmasıyla müstəqillik qazanan Komitə Birlik nizamnaməsi ilə əlaqəli yerli mövzuları gündəmə gətirir və səlahiyyət yerləşdirməsi prinsipilə işləyir. Buna görə Birlik hüququnun yerli və ya regional qaydalardan daha əlverişli olmadığı hallar xaricində müdaxilə etmir.
Avropa İqtisadi Bölgəsi
1992-ci ildə AİB Müqaviləsi ilə qurulan Avropa İqtisadi Bölgəsi (AİB) Avropa Birliyi (AB) -nin vahid bazarını AB üzvü olmayan tərəflərə genişləndirməyə imkan verən beynəlxalq müqavilədir. AİB, AB üzv dövlətləri və üç Avropa Azad Ticarət Birliyi (AATB) dövlətlərini (İslandiya, Lixtenşteyn və Norveç) eyni əsas qaydalarla tənzimlənən daxili bazarla əlaqələndirir. Bu qaydalar, Avropa Vahid Bazarı daxilində əmək, mal, xidmət və kapitalın sərbəst hərəkətinə, o cümlədən bu ərazidə hər hansı bir ölkədə yaşayış yeri seçmək azadlığına imkan yaradır. AİB 1 yanvar 1994-cü ildə AİB Sazişinin qüvvəyə minməsindən sonra təsis edilmişdir. Müqavilə imzalayan tərəflər AB, üzv ölkələr və üç AATB üzvü olan ölkələrdir.Bununla birlikdə, AİB Müqaviləsi kommersiya müqaviləsidir və müəyyən əsas cəhətlərdən AB Müqavilələrindən fərqlənir. 1-ci maddəyə əsasən onun məqsədi "ticarət və iqtisadi əlaqələrin davamlı və balanslı şəkildə möhkəmləndirilməsinə kömək etməkdir". AB müqavilələrindən fərqli olaraq, "daha da yaxınlaşan birlik" haqqında söz yoxdur. AATB üzvləri Ümumi Kənd Təsərrüfatı Siyasətində və ya Ümumi Balıqçılıq Siyasətində iştirak etmirlər. AİB üzvü olan ölkələr arasında insanların sərbəst hərəkət etmək hüququ və təhlükəsizlik tədbirləri haqqında müvafiq müddəalar AB üzvləri arasında tətbiq olunanlarla eynidır. Bütün AİB üzv dövlətlərində, o cümlədən AB üzvü olmayan ölkələrdə tətbiq olunan hüquq və qaydalar 2004/38 / EC Direktivində və AİB Sazişində göstərilmişdir.
Banska Bistritsa bölgəsi
Banska Bistritsa diyarı (slovak. Banskobystrický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Banska Bistritsa şəhəridir. Sahəsi 9454 km², əhalisi isə 661 343 nəfər (2001) təşkil edir. Banska Bistritsa diyarı Slovakiyanın mərkəzində yerləşir. Diyar Slovakiyanın Nitra, Trençin, Jilina, Preşov və Koşitse diyarları ilə, Macarıstan isə Peşt, Noqrad və Borşod Abauy Zemplen medyeləri ilə həmsərhəddir.
Bicol bölgəsində COVID-19 pandemiyası
Bratislava bölgəsi
Bratislava diyarı (slovak. Bratislavský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Bratislava şəhəridir. Sahəsi 2053 km², əhalisi isə 606 753 (2006) nəfər təşkil edir. Bratislava diyarı Slovakiyanın qərbində yerləşir və Avstriya və Macarıstan ilə həmsərhəddir. == İnzibati bölünmə == Bratislava diyarı "okres" adlanan 8 rayona bölünür: Bratislava I rayonu Bratislava II rayonu Bratislava III rayonu Bratislava IV rayonu Район Братислава V Malatski rayonu Pezinok rayonu Senets rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 135/km² nəfər təşkil edir. Diyarın inzibati mərkəzi Trençin şəhəri sayılır (almanca Trentschin).
Bretan bölgəsi
Bretan— Breton, günümüzdə Fransa sərhədləri içində qalan, keçmişdə müstəqil krallıq və hersoqluq olan bölgə. Anlayış ayrıca 6 Seltik xalqından biri olan Bretanları təsvir etmək üçün də istifadə edilir. Bretan haqqında məşhur olaraq danışılır. == Coğrafi mövqeyi və əhalisi == Bretan bölgəsi şimalda La-Manş boğazı (İngilislər tərəfindən İngilis kanalı olaraq adlandırılır) və cənubda Biskay körfəzi ilə əhatə olunmuş Fransanın şimal bölgəsindəki böyük bir yarımadadır. Bölgənin sahəsi 34.034 km2-dir. Inzibati olaraq 4 sahəyə bölünür- mərkəzi Rennes olan Ille-et-Vilaine, mərkəzi Saint Brieuc (Bretan dilində Sant-Brieg) côtés-d'Armor, Vannes (Bretan dilində Gwened) və mərkəzi Brest olan Finistere. 2004-ci ilin etibarı ilə Bretanın əhalisi 4.198.500 nəfərdir. Əhalinin 72%-i Bretan bölgəsində, digər 28%-i isə Pays de la Loire bölgəsində yerləşmişdir. 1999 əhali sayımına görə ən böyük yaşayış bölgələri bunlardır: Nantes (Bretan dilində Naoned) (711.120 nəfər), Rennes (Bretan dilində Roazhon) (521.188 nəfər) və Brest (Bretan dilində Leon) (303.484 nəfər). Tarixi olaraq bölgə sərhədləri içində olan Nantes, 1941-ci ildən bu yana Pays de la Loire bölgəsinin və bu bölgəyə bağlı Loire-Atlantique əyalətinin mərkəzidir.
Bölgələrə görə pornoqrafiya qanunları
Pornoqrafiya qanunları bölgələrə görə Bütün dünyada fərqlidir.
Cokyakarta Xüsusi Bölgəsi
Cokyakarta Xüsusi Bölgəsi (ind. Daerah Istimewa Yogyakarta, yav. ꦣꦲꦺꦫꦃꦲꦶꦯ꧀ꦡꦶꦩꦺꦮꦔꦪꦺꦴꦒꦾꦏꦂꦠ) Yavanın cənubundakı İndoneziyanın əyalət səviyyəli muxtar bölgəsidir. Hind okeanı ilə cənubdan həmsərhəddir, eyni zamanda bütün quru sərhədlərini Mərkəzi Yava əyaləti ilə bölüşdürür. Cokyakarta Sultanlığının idarə etdiyi bölgə İndoneziya hökumətində yeganə rəsmi olaraq tanınan monarxiyadır. Cokyakarta şəhəri bölgənin paytaxtı və iqtisadi mərkəzidir. Cokyakarta Sultanlığı 1755-ci ildən qurulub və İndoneziyanın Milli İnqilabı (1945-1949) dövründə İndoneziyanın müstəqilliyinə sarsılmaz dəstək vermişdir. İndoneziyada birinci səviyyəli bölgü olaraq Cokyakarta qubernatoru kimi Sultan Hamenqkubuvono və qubernator müavini olaraq Şahzadə Paku Alam tərəfindən idarə olunur. Torpaq sahəsi 3118.8 km² olan İndoneziyanın Cakartadan sonra ikinci ən kiçik əyalətidir.
Cənub-Şərqi Anadolu bölgəsi
Adıyaman ili
Cənub bölgəsi (Malavi)
Cənub bölgəsi — Afrika ölkəsi olan Malavinin üç bölgəsindən biri. == Coğrafya == Cənub bölgəsi Malavinin bölgələri arasında əhali sayına görə birinci, ərazi baxımından ikinci yeri tutur. Bölgə qərbdə, cənubda və şərqdə Mozambik, cənubda isə Malavi Gölünün şimal hissəsi və Mərkəz bölgəsi ilə qonşudur. == İnzibati quruluş == Bölgənin inzibati mərkəzi, həmdə ölkənin paytaxdı olan Blantyredir. Cənub bölgəsinin rayonlarıː Manqoçi mahalı Balaka mahalı Maçinqa mahalı Neno mahalı Mvanza mahalı Blantire mahalı Zomba mahalı Çiradzulu mahalı Falombe mahalı Mulane mahalı Çikvava mahalı Tayolo mahalı Nsane mahalı == Əhali == Bölgədə 2008-ci ilin məlumatlarına görə 5.876.784 nəfər yaşayır. Bu rəqəm Malavinin 45 %-ni əhatə edir.
Cənub bölgəsi böhranı
1993-cü il Talış-Muğan böhranı və ya Cənub bölgəsində siyasi böhran — Azərbaycanda Birinci Qarabağ müharibəsi illərində, 1993-cü ilin iyunundan avqustuna qədər davam edən böhran. Vəzifəsindən azad edilmiş keçmiş hərbçi Surət Hüseynov Ermənistanla müharibə zamanı gerçəkləşən məğlubiyyətlər ardıcıllığı və hakimiyyətlə bağlı narahatlıqlar səbəbilə Gəncə şəhərində milisləri silahlandıraraq qiyam qaldırmış, bu əsnada digər bir hərbçi, Əbülfəz Elçibəy rəhbərliyindəki Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə müxalif, İrana meylli və eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən Ələkrəm Hümbətov 704-cü hərbi hissənin köməyi ilə Azərbaycanın cənub-şərqində yerləşən yeddi rayonda Talış-Muğan Muxtar Respublikasını (TMMR) elan etmişdir. Ələkrəm Hümbətovun məqsədi devrilmiş Mütəllibovun dövlət başçısı kimi vəzifəsini bərpa etmək idi. Elçibəyin hakimiyyəti Surət Hüseynova və onunla ittifaq bağlamış Heydər Əliyevə verməsi ilə Ələkrəm Hümbətovun yeni rəqibi Yeni Azərbaycan Partiyası hökuməti olmuşdur. Uğursuz danışıqlar sonrası Heydər Əliyev xalqı Ələkrəm Hümbətov hakimiyyətinə qarşı üsyan qaldırmağa çağırmışdır. Yerli əhaliyə repressiya həyata keçirmiş və xalqdan dəstək qazana bilməmiş Ələkrəm Hümbətov AXC-yə bağlı etirazçılar tərəfindən tanınmayan yerli parlamentdən qovulur. Ələkrəm Hümbətov bir müddət gizlənir, lakin sonradan ailə üzvlərinə qarşı cinayət işlərinin açılmasına görə təslim olmuşdur. Ələkrəm Hümbətov ömürlük həbs cəzası almış, 704-cü hərbi hissənin bəzi zabitlərinə qarşı isə cinayət işləri açılmışdır. Ələkrəm Hümbətov 2004-cü ildə əfv edilmişdir və hal-hazırda Niderlandda yaşayır. == Zəmin == Talışlar Azərbaycanın cənubunda, İranla sərhəd ərazidə yaşayan bir İrandilli xalqdır.
Cənubi-Zadunay bölgəsi
Cənubi-Zadunay bölgəsi və ya Cənubi Transdanubiya (mac. Dél-Dunántúl) — statistik (NUTS 2) Macarıstan regionu, Baranya, Şomod, Tolna medyeləri daxildir. Sahəsi 14 169 km². Əhalisi — 940 585 nəfər (2011-ci ilin məlumatları). 2001-ci ildə işsizlik səviyyəsi 7,8 % təşkil edirdi. == İstinadlar == == Ədəbiyyat == Reuvid J. Doing Business With Hungary. GMB Publishing Ltd. 2005. səh. 280.
Fransa Dənizaşırı Bölgələr Birliyi
Fransa Dənizaşırı Bölgələr Birliyi (fr. La France d’Outre-Mer) — Avropada yerləşən Fransanın yer kürəsinin müxtəlif bölgələrində mövcud olan ərazilərinin daxil olduğu birlik. Bölgələrin statusu Dənizaşırı departament, Dənizaşırı kollektivlik olmaqla bir necə dərəcədən ibarətdir. Fransa parlamenti və senatında təmsil olunan ərazilərin bəzi məsələlərdə daxili müstəqillikləri mövcuddur. Fransa Dənizaşırı Bölgələr Birliyinin daxil olduğu ərazilərdə yaşayan şəxslər Fransa vətəndaşlığı daşıyır və başda prezident seçkiləri olmaqla, Fransada keçirilən müxtəlif səviyyəli seçkilərdə iştirak etmək hüquqları mövcuddur. FDBB-yə Fransa Qvianası, Sakit okeanı, Hind okeanı və Antarktidada yerləşən bir çox ərazilər daxildir. Dənizaşırı departament və Dənizaşırı kollektivliklərin siyasi sərbəstlikləri eyni dərəcədə deyil. Dənizaşırı departamentlər Fransanın inzibati ərazi vahidlərindən olan departamentlərlə eyni statusa malikdirlər. Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan ərazilər Fransa Konstitusiyasında nəzərdə tutulmuş bütün qanunlara tabedir və ölkə hüquq sistemini tənzimləyən cinayət, vergi, sosial yönümlü qanunlar sözügedən ərazilərdə tətbiq edilməkdədir. Dənizaşırı kollektivliklər müdafiə, beynəlxalq münasibətlər, ticarət və valyuta, məhkəmə və inzibati hüquq qanunları istisna olmaqla, öz qanunlarını qəbul etməyə səlahiyyətlidirlər.
Fransa bölgələri
== Regionların gerbləri ==
Gora bölgəsi
Gora — tarixi-coğrafi bölgə. Bölgə Kosovo ərazisinin Albaniya və Makedoniya ilə kəsişdiyi bölgədə, dəhliz formasında cənuba uzanır. Gora Kosovonun Metoxiya regionun cənubunda yerləşir. Bölgənin yerli əhalisi goralılardı. Goralılar slavyan-müsəlmanlar hesab olunur. 1992-1999-cu illər arası Gora ayrıca inzibati bölgə idi. Gora hal-hazırda Draqaş munisipalitetinin tərkibinə daxildir. == Adının mənşəyi == Gora adı slavyan dillərində eyni məna daşıyır və rus dilində olan «Гора» sözünü ifadə edir. == Tarixi == Gora toponimi ilk dəfə 1348-ci ildə Stefan Uroş IV Duşanın sərəncamında Serbiya çarlığının regionu kimi göstərilib. Sənddə Goranın yeddi kənddən ibarət olması və bu kəndlərin Duşan tərəfindən Prizren yaxınlığında olan müsəddəs Arxanqel kilsəsinə hədiyyə verilməsində danışılır.
Göl Bölgəsi (Böyük Britaniya)
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Göl bölgəsi
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.

Digər lüğətlərdə

ва́тничек непритво́рность приворо́тничать скачкообра́зный инохо́дец ма́слиться нищета́ переси́лить постиндустриа́льное общество ро́жица фотореле́ беллетрист епарх краду aelurophile boom-and-bust breast-beating cuffo placet snowflake subprincipal third force tubular wayside засахариваться