CABƏCA

zərf [fars.] Yerbəyer, yerliyerində, qaydasınca, lazımınca. İşini cabəca yerinə yetirdi. – [Ağa Kərim xan:] Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov. [Məşədi İbad:] Allaha şükür, dişlərim hamısı öz yerində cabəca, saqqalım da qapqara şəvə kimi. Ü.Hacıbəyov. _ Cabəca eləmək – yerbəyer eləmək. [Seyidlər] ildə bir dəfə evlərinə qayıdıb, ailələri ilə görüşüb, gətirdikləri pulları cabəca edib, yenə gedirlər qazanc dalınca. Ə.Haqverdiyev.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

CABƏCA на своем месте, в порядке ətraflı

Azərbaycanca-rusca lüğət

CABƏCA I нареч. должным образом, как следует. Cabəca yerinə yetirmək nəyi выполнить как следует (должным образом) что II предик. ətraflı

Author: Obastan; Publisher: Obastan