Azərbaycan dilinin izahlı lüğətində CAĞ sözün mənası. Толковый словарь азербайджанского языка.

is.
1. Çəpər. Evin qabağına cağ çəkmək. – Zeynal bəy dərin bir sükutda bağın sökük cağlarının dibi ilə başını aşağı salıb, yavaş-yavaş getməyə başladı. Çəmənzəminli.
2. Arabanın yan taxtaları, araba yanı. Məmmədcəfər arabanın cağından tutub yerə atıldı.. S.Rəhman. Sonra birdən-birə [Adilə] elə amansız bir yorğunluq hiss edib taqətdən düşdü ki, başını geri atıb arabanın cağına söykəndi. Ə.Məmmədxanlı.
← CADU-PİTİK

bax cadu 1-ci mənada.

CAĞILDAMA →

“Cağıldamaq”dan f.is.