CAHİL

sif. [ ər. ]
1. Oxumamış, savadsız, avam, nadan, anlamaz, qanmaz, heç şeydən xəbəri olmayan. Ağ at ilə cahil ağaya qulluq eləmə. ( Ata. sözü ).
Kaş bir qətrə meyə qiymət olaydı min can; Düşməyəydi bu qədər cahilü nadan əlinə. S.Ə.Şirvani.
Ev-eşik, uşaqlar zəhmətsevməyən, lovğa, cahil Tamaşanın öhdəsində qaldı. Ə.Əbülhəsən.

2. bax cahıl.
[Pərviz Rüstəmbəyə:] Deyəsən, sən də ayılırsan, – dedi.
– Bəs necə, cahil, cavan deyilmi? Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CAHİL cahil bax avam
  • CAHİL avam — nadan
  • CAHİL qaba — kobud — ədəbsiz

Antonimlər (əks mənalı sözlər)

  • CAHİL CAHİL – MƏDƏNİ Cahil adam kor kimidir (A.Şaiq); Mən bədii əsərləri müəyyən qədər sevməyən mədəni bir adam təsəvvür edə bilmirəm (M
CAHILLIQ
CAHİLANƏ
OBASTAN VİKİ
Cahiliyyə
Cahiliyyə (ərəb. جاهلية‎) - müsəlman ənənəsinə görə, islamaqədərki tarixdə insanların peyğəmbərsiz yaşadığı dövr. Tarixdə ilk və son Cahiliyyə dövrləri fərqləndirilir. İslam dövründə meydana gələn Cahiliyyə termini islamdanəvvəlki ərəblərin yanlış inancları və həyat tərzini xarakterizə etmək üçün işlədilmiş və müəyyən zaman kəsiyinə şamil olunmuşdur. Məhəmməd peyğəmbər cahiliyyəni dövr kimi deyil, həyat tərzi kimi səciyyələndirmişdir. Əvvəllər bilgisizlik dövrü kimi anlaşılan cahiliyyəni müasir alimlər elmin deyil, helmin (mehribanlıq, səbir, kamal) əksi kimi xarakterizə edirlər. Quranda 4 dəfə xatırlanan cahiliyyə termini İslamdan əvvəlki ərəblərin elmsizliyinə deyil, yalnız Allaha inanmamasına, təkəbbür, çılğınlıq və s. kimi mənfi xüsusiyyətlərinə işarədir. Peyğəmbər həmin dövrə xas müsbət adətlərin saxlanmasının tərəfdarı idi. Zəngin mifik düşüncəyə malik olmuş Cahiliyyə dövrü ərəbləri astronomiya, təbabət, qiyafət (fizioqnomika) elmlərdə uğurlar qazanmış, dövrün yüksək bədii-estetik xüsusiyyətləri ilə seçilən poeziyasını yaratmışdılar.
Cahiliyyət dövrü

Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Cahiliyyət dövründə Ərəbistanda siyasi vəziyyət

Digər lüğətlərdə

близору́кая околоси́ться переаттесто́вывать семядо́льный шараба́н авторита́рно геоакусти́ческий здоро́вьечко предупреди́тельный ресурсодобыва́ние шестикла́ссница правописание cello debarrass double-face goluptious haughtiness interspinous Sabbath school sleeping-pills steam-shovel suffrutices антитетический гальванопластика политэкономия