CE

“C” hərfinin və bu hərflə işarə olunan samitin adı.
CAZİBƏLİLİK
CECƏ
OBASTAN VİKİ
CE işarəsi
1985-ci ildən bəzi məhsulların (23 mal qrupu) Avropa Birliyi ölkələrində satıla bilməsi üçün CE standartları tətbiq edilməyə başlanmışdır. Bu kəlmə Conformité Européenne sözlərinin baş hərfindən əldə edilmiş və Fransız mənşəli sözdür. CE AB ölkələrində məhsullara sərbəst satılma, idxal və ixrac edilmə haqqı verməkdədir. Digər bir deyişlə məhsullar üçün pasport funksiyasını qazandıran bu işarə məhsulun keyfiyyətli olması mənasına gəlməməlidir. Əsas anlamı ətraf mühitə zərərli olmayan, insan və digər canlı organizminə zərər verməyən və nəzarətdən keçmiş məhsul kimi başa düşülən işarə istehsalçı firmaların özü tərəfindən etiketlənə bilməkdədir. Ancaq, daha sonra məhsulun üzərindəki CE işarəsinin standartlara uyğun olmadığı, yani malın gərəkli xüsusiyyətləri daşımadığı aşkarlandığı təqdirdə istehsalçı firma Avropa Məhkəməsinə dəvət olunmaqdadır. Saxtakarlığa yol verdiyi təsbit olunan istehsalçıya təzminat davası açılaraq ən sərt halda AB bazarında bir daha məhsul satması qadağan edilməkdədir. Üçüncü dünya ölkələri olaraq tanınan az inkişaf etmiş ölkələr isə AB bazarına məhsul satmaq üçün bu standartlara əməl etmək məcburiyyətindədir. Eyni zamanda 3-cü dünya ölkələrindən məhsul idxal edildiyi təqdirdə məsuliyyəti idxalçı ölkə daşımaqda və o məhsulun standartlara uyğun olub-olmadığına nazarət etməlidir. Bəzən firmalar tərəfindən məhsulların üzərindəki CE sertifikatı heç bir standart tətbiq edilmədən vurulması ilə bərabər, bəzən də bir sıra istehsalçı firmalar gərəksiz bəhanə ilə özlərinə bəraət qazandırmağa çalışmaqdadır.
Windows CE
Windows CE — Microsoft-un mobil əməliyyat sistemi ailəsi.
Kim Men-Ce
Kim Men-Ce (15 noyabr 1996, Thonyon[d], Kyonsan-Namdo[d]) — Cənubi Koreyalı futbolçu, "Napoli" klubunun və Koreya Respublikası millisinin mərkəz müdafiəçisi. == Karyera == Kim karyerasına 2016-cı ildə Koreyanın "Kyoncu" klubunda başlayıb. O, altı ay klubda oynadıqdan sonra, Koreya Respublikasının əsas liqasında yarışan "Jeonbuk Hyundai Motors" klubuna keçib.2019-cu ilin yanvar ayında Çinin "Beijing Guoan" klubuna keçib. Çin klubu müdafiəçi üçün 3,5 milyon funt sterlinq ödəyib. Çin klubunda 2 il qaldıqdan sonra Kim Avropa klubuna keçmək qərarına gəlib. 2021-ci ilin yayında o, Türkiyənin o dövrün ən yaxşı klublarından biri olan "Fənərbaxça" ilə müqavilə imzaladı. 16 avqust 2021-ci ildə baş tutan transfer üçun "Fənərbaxça" 3 milyon avro ödəyir. İlk mövsümdə Türkiyə Superliqasında 30 matça çıxıb, 1 qol vuraraq klubun əsas mərkəz müdafiəçisi olub. 2022-ci ilin iyulunda o, 18 milyon avroya, klubdan ayrılan Kalid Kulibalini əvəz etmək üçün "Napoli"yə keçdi. 15 avqust 2022-ci ildə "Hellas Verona"ya qarşı oyunda "Napoli"də debüt etdi.
An Ce Hyon
Ah Jae-Hyung (8 yanvar 1965) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ah Jae-Hyung Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medala sahibi olub.
Digital Illusions CE AB
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. == Tarix == "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər.Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür. Onlar 2005-ci ilə qədər burada yerləşmişdilər.
Windows CE 2.0
Windows CE 3.0
Windows CE 4.0
Windows CE 5.0
Windows CE 5.0 — Microsoft-un bir əməliyyat sistemi. == Xarici keçidlər == "Which to Choose: Evaluating Microsoft Windows CE .NET and Windows XP Embedded". Microsoft Corporation. September 2003. 2005-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13. "Portable CE 5.0". 2006-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13.
Windows CE 6.0
Windows CE 6.0 — Microsoft-un bir əməliyyat sistemi.
Kim Min Ce (futbolçu)
Kim Men-Ce (15 noyabr 1996, Thonyon[d], Kyonsan-Namdo[d]) — Cənubi Koreyalı futbolçu, "Napoli" klubunun və Koreya Respublikası millisinin mərkəz müdafiəçisi. == Karyera == Kim karyerasına 2016-cı ildə Koreyanın "Kyoncu" klubunda başlayıb. O, altı ay klubda oynadıqdan sonra, Koreya Respublikasının əsas liqasında yarışan "Jeonbuk Hyundai Motors" klubuna keçib.2019-cu ilin yanvar ayında Çinin "Beijing Guoan" klubuna keçib. Çin klubu müdafiəçi üçün 3,5 milyon funt sterlinq ödəyib. Çin klubunda 2 il qaldıqdan sonra Kim Avropa klubuna keçmək qərarına gəlib. 2021-ci ilin yayında o, Türkiyənin o dövrün ən yaxşı klublarından biri olan "Fənərbaxça" ilə müqavilə imzaladı. 16 avqust 2021-ci ildə baş tutan transfer üçun "Fənərbaxça" 3 milyon avro ödəyir. İlk mövsümdə Türkiyə Superliqasında 30 matça çıxıb, 1 qol vuraraq klubun əsas mərkəz müdafiəçisi olub. 2022-ci ilin iyulunda o, 18 milyon avroya, klubdan ayrılan Kalid Kulibalini əvəz etmək üçün "Napoli"yə keçdi. 15 avqust 2022-ci ildə "Hellas Verona"ya qarşı oyunda "Napoli"də debüt etdi.
EA Digital Illusions CE AB
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. == Tarix == "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər.Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür. Onlar 2005-ci ilə qədər burada yerləşmişdilər.
50 Cent
III Kertis Ceyms Cekson (d. 6 iyul 1975, Cənubi Yamayka[d], Nyu-York ştatı) — 50 Cent adı ilə tanınan məşhur ABŞ-lı repçi, prodüser və aktyor. == Həyatı == III Kertis Ceyms Cekson, Nyu-Yorkun Queens məhləsində çətinliklərlə böyümüşdür. Uşaqlıqdan bəri ən yaxşı dostu Gaolrp Kemrdir. Atasını tanımayan Kertis 8 yaşına qədər anasının himayəsində böyümüşdür. Anası narkotik satıcısı idi və Curtisin hələ 8 yaşı olarkən anasının bir dostu ilə çıxan narkotik probleminə görə öldürülmüşdür. Anasının ölümündən sonra Curtis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Curtis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Curtis ilk ağır cəzasını 19 yaşında almışdır. 21 yaşında ikən Marquise adlı oğlu dünyaya gəlmişdir.
5 Centimeters Per Second
Saniyədə 5 santimetr (秒速5センチメートル, 5 Centimeters Per Second) – 2007-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Makoto Şinkaydir. == Məzmun == Film baş qəhrəman Takaki Tononun heyatının 10 ildən çox müddətini əhatə edir və 1990-cı illərin ortalarından başlayan üç hekayədən ibarətdir. Tam olaraq anime 3 hissədən ibarətdir — (Sevgi, zaman və məsafə haqda üç hekayə): Çiçəklənən sakura — Okasho (桜花抄) Kosmonavt — Cosmonaut (コスモナウト) Saniyədə 5 santimetr — Byosoku 5 Senchimetoru (秒速5センチメートル).Mənzərələr və adi səhnələrin çoxu Yaponiyada olan real yerlərin əsasında çəkilmişdir. === Birinci hekayə: Çiçəklənən sakura === İbtidai məktəbi bitirdikdən sonra Takaki Kono və onun yaxın rəfiqəsi Akari Şinoharaayrılmalı olurlar. Akarini Toçiqi prefekturasında yerləşən məktəbə göndərirlər, Takaki isə təhsilini Tokiodaki orta məktəbdə davam etdirir. Onlar biri birinə məktub yazır və yenidən hisslərini paylaşa bilməkdən sevinc hissləri keçirirlər. Lakin bir vaxt sonra Takakinin ailəsi Kaqoşima prefekturasına köçməli olurlar. Buna görə o, Akarilə görüşmək istəyir. Takaki görüşə qatarla, bir neçə keçidlə yola düşür, lakin güclü qar yağdığından qatarlar gecikir… === İkinci hekayə: Kosmonavt === Takaki Taneqaşima kosmik mərkəzinin yerləşdiyi Taneqaşima adasındaki orta məktəbə qəbul olunur.
Abarema centiflora
Abarema centiflora (lat. Abarema centiflora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Abu Abdullah Ceyhani
Abu Abdullah Ceyhani (ابو عبدالله جیهانی; IX əsr – 925, Buxara) — fars əsilli bir dövlət xadimi və coğrafiyaşünas. Təqribən 914-922-ci illər ərzində Samanilər dövlətinin baş vəziri olub. Onun yazdığı əsər günümüzə gəlib çatmasa da bir çox sonrakı müəlliflərə öz təsirini göstərmişdir.
Abşeron Ceyranbatan Peşə Liseyi
Achillea ceretanica
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu
Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu — rayon ərazisi Qərbdə Gürcüstan Respublikası sərhəddindən başlayıb, şərqdə Ağsuçaya kimi davam edir. Şimalda Alazan - Əyriçay çökəkliyi, cənubda Kür-Araz ovalığı ilə əhatə olunur. Relyefin mütləq yüksəkliyi 200 m-lə 700–1000 m arasında dəyişib, asimmetrik quruluşlu alçaqdağ tirələrindən və onların arasında qalan sinklinal quruluşlu çökəkliklərdən və yüksək düzənliklərdən ibarətdir. Dağlığın dik, cənub yamaclarında arid- denudasiya prosesləri əsas relyefəmələgətirici proses olub, onun yaratdığı bedlend, gilli karst və yarğanlar geniş inkişaf etmişdir. Ərazidə yerüstü şirinsu ehtiyatı az olub, başlıca olaraq ərazini kəsən tranzit çaylardan ibarətdir. Rayon ərazisi yüksək aridliyi ilə xarakterik olub, relyefin müxtəlif yüksəkliklərində yarımsəhra, kserofit kollu quruçöl, seyrək arid - meşə landşaftları bir - birini əvəz edir (Müseyibov, Süleymanov, 1978, Mikayılov,1982). Acınohur- Ceyrançöl fiziki- coğrafi rayonu ərazisindən bilavasitə qış və payız otlaqları kimi geniş istifadə olunur, respublikamızda qoyunçuluğun inkişafında mühüm əhəmiyyəti vardır. Acınohur öndağlığında həmçinin taxılçılıq və üzümçülük inkişaf etmişdir. == Dövlət qoruqları == Acınohur öndağlığı ərazisində landşaftları mühafizə məqsədilə əsasən Ağdaş və Yevlax rayonları ərazisində Axar-Baxar silsiləsinin Türyançay və Əlicançay çayları arasında yerləşən hissəsinin cənub yamacında Türyançay dövlət qoruğu yaradılmışdır. Qoruqda arid seyrək meşə- kol bitkiliyi və bura üçün xarakter olan fauna kompleksi qorunur.
Adana-Ceyhan zəlzələsi
1998-ci il Adana-Ceyhan zəlzələsi və ya 1998-ci il Adana zəlzələsi — 1998-ci ildə Adanada başa vermiş təxminən 6.2 bal gücündə zəlzələ. Zəlzələ 27 iyun 1998-ci ildə, yerli vaxtla təxminən 16:55-də tarixən Kilikya kimi tanınan, Türkiyənin Cənubunda baş vermişdir. Bu zəlzələ Türkiyənin 5-ci ən böyük şəhəri olan Adana və Adanın ən sıx məskunlaşmış bölgəsi olan Ceyhan və bu iki şəhər arasında Ceyhan çayı boyunca olan kəndlərdə 145 nəfərin ölümü, 1500 nəfərin yaralanması və minlərcə insanın evsiz qalmasıyla nəticələndi. Ceyhanda itki və zərərin çoxluğunun əsas səbəbi binaların mühəndislik baxımından qüsurlu inşasıdır. Ümumi iqtisadi itki 1 milyard ABŞ dolları dəyərində qiymətləndirilib.
Aechmea cephaloides
Aechmea cephaloides (lat. Aechmea cephaloides) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aglaia ceramica
Aglaia ceramica (lat. Aglaia ceramica) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Akim Cemilyev
Akim Əbdürrəhman oğlu Cemilyev (krımtat. Akim Abdurahman oğlu Cemilev, Аким Абдурахман огълу Джемилев; 9 may 1918 – 11 dekabr 2001, Simferopol) — Krım Tatar xoreoqrafı, rəqqası və ictimai xadimi. Krım tatarların milli hərəkatının fəal üzvü. Böyük Vətən müharibəsi iştirakşısı. Ukraynanın əməkdar artisti (1994). == Həyatı == 9 may 1918-ci ildə Küçük-Uzən kəndində anadan olub. 1933-cü ildə atası, kənd sovetinin sədri, Simferopolda Qujtransportun müdiri vəzifəsinə gətirildi. Akim fabrik məktəbinə daxil oldu və eyni zamanda istehlakçı kooperasiya klubunun rəqs ansamblına qoşuldu. Müasir krım tatar xoreoqrafiyasının banisi Hüseyn Baqqalın şagirdi olub.1936-cı ildə Krım Tatar Opera və Balet Teatrının Krım Dövlət Rəqs Ansamblının solisti oldu. Krım tatar rəqsləri - "Ağır-ava", "Çoban-oyunu", "Haitarma" və SSRİ-nin müxtəlif xalqlarının rəqslərini ifa etmişdir.
Alan Cey Perlis
Alan Cey Perlis (ing. Alan Jay Perlis) — kompüter texnologiyası üzrə amerikalı alim == Həyatı == 1 aprel 1922-ci ildə anadan olmuşdur. Perlis Türinq mükafatının ilk laureatıdır. Bu mükafat ona 1966-cı ildə kompilyatorun yaradılmasına və proqramlaşdırma texnikası sahəsində əldə etdiyi nailiyyətlərə görə verilmişdir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Aleksander Ceferin
Aleksander Çeferin (13 oktyabr 1967, Lyüblyana) — Sloveniyalı hüquqşünas. UEFA-nın 7-ci prezidenti (14 sentyabr 2016-cı ildən). == Həyatı == Lyublyana Universitetindən məzun olduqdan sonra Ceferin ailəsinin yanına qayıdaraq ailəsinə məxsus hüquq şirkətində çalışmışdır. Bir müddət çalışdıqdan sonra atasının yerinə şirkətin direktoru vəzifəsinə keçmişdir. Ceferinin futbola olan həvəskar marağı onu 2005-ci ildə yerli futzal komandası olan Litijada idarə heyəti üzvlüyünə gətirmişdir. Aleksander Ceferin 2011-ci ildə Sloveniya Futbol Federasiyası prezidenti seçilib. == UEFA prezidenti == 14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilmişdir. O, 55 mümkün səsdən 45-ni toplamışdır.
Aleksandr Cekson Devis
Aleksandr Cekson Devis (ing. Alexander Jackson Davis; 24 iyul 1803, Nyu-York, Nyu-York ştatı – 14 yanvar 1892, Nyu Cersi) və ya Ey Cey Devis (ing. A. J. Davis) ― neoqotika tərzində əsərlərinə görə tanınan Amerikalı memar. == Təhsili == Devis Nyu-York şəhərində anadan olmuşdur Amerika İncəsənət Akademiyasında təhsil almışdır. Məktəbi atıb o sanı olan litoqraf oldu və 1926-cı ildən neoqotika üslubunun erkən nümayəndəsi olan Nyu-York memarı Cozayi R. Bredinin yanında rəssam kimi işlədi. Bredinin müəllifi olduğu 1824-cü ilə aid Müqəddəs Luka Yepiskop kilsəsi Nyu-York ştatının Roçester şəhərində mövcud olan ən qədim tikilidir.
Alismorkis centrosis
Calanthe sylvatica (lat. Calanthe sylvatica) – səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == Centrosis sylvatica Thouars (1822) (Basionym) Alismorkis centrosis (Thouars) Steud. (1840) Alismorkis emarginata (Blume) Kuntze (1891) Alismorkis masuca (D. Don) Kuntze (1891) Alismorkis natalensis (Rchb.f.) Kuntze (1891) Alismorkis plantaginea (Thouars) Kuntze (1891) Alismorkis purpurea (Lindl.) Kuntze (1891) Alismorkis textori (Miq.) Kuntze (1891) Amblyglottis emarginata Blume (1825) Bletia masuca D. Don (1825) Bletia sylvatica (Thouars) Bojer (1837) Calanthe candida Bosser (1989) Calanthe corymbosa (Thouars) Lindl. (1862) Calanthe curtisii Rchb.f. (1884) Calanthe delphinioides Kraenzl. (1893) Calanthe emarginata (Blume) Lindl. (1833) Calanthe furcata f. masuca (D. Don) M. Hiroe (1971) Calanthe furcata f. textori (Miq.) M. Hiroe (1971) Calanthe humbertii H. Perrier (1955) Calanthe longicalcarata Hayata ex Yamam.
Allen Center
Allen Center - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn kompleksidir. Kompleks One Allen Center, Two Allen Center və Three Allen Center binalarından ibarətdir. Kompleks 280,000 m² yeri tutur.
Allium cepa
Adi soğan (lat. Allium cepa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Həmçinin, soğan sözü bu bitkinin qida kimi istehlak olunan soğanağı üçün də istifadə olunur. Bitkinin qida olaraq istifadə olunan, yaşıl torpaqüstü hissəsi yaşıl soğan (təzə soğan) kimi tanınır. Soğanın soğanağının diametri 15 sm-ə qədər olur, lay-lay nazik təbəqələrdən ibarətdir. Üst qabığı quru olub, sarı, bəzən də ağ və ya bənövşəyi rəngdə olur. Soğanağın daxili ətli hissəsi ağ, yaşılaçalan, yaxud bənövşəyi rəngdə olur. Adi soğanın yarpaqları borucuqşəkilli olub, tünd yaşıl rəngdədir.
Allium cernuum
Allium cernuum (lat. Allium cernuum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Alpaslan Ceylan
Alpaslan Ceylan (1959, Ərzurum ili) — Türkiyə tarixçisi, professoru, "Manas" Qırğızıstan-Türkiyə Universitetinin rektoru. == Həyat və fəaliyyəti == Alpaslan Ceylan 1959-cu ildə Türkiyənin Ərzurum vilayətində anadan olmuşdur. O, 1985-ci ildə Atatürk Universitetinin Tarix fakültəsini bitirmişdir. Ceylan həm magistratura, həm də doktorantura təhsilini həmin universitetin Qədim dövrlər tarixi şöbəsində bitirmişdir. O, bundan sonra Atatürk Universiteti Ədəbiyyat fakültəsində müəllim olmuş, 2009-cu ildə ona həmin fakültənin professoru adı verilmişdir. Ceylan qədim tarixə dair onlarla kitab və məqalə yazan bir professor kimi bir çox mühüm arxeoloji tədqiqatlara da imza atmışdır. O, ən son olaraq Atatürk Universitetinin Ədəbiyyat fakültəsinin Tarix şöbəsində Qədim dövrlər tarixi kafedrasının müdiri vəzifəsini icra etmişdir.Alpaslan Ceylan qədim tarix, türk mədəniyyəti, tarixi coğrafiya və strategiya üzrə ekspertdir. O, son 25 ildə Şərqi Anadolu, Şimal-Şərqi Anadolu, Qafqaz və Mərkəzi Asiyanın qədim tarixi ilə bağlı beynəlxalq elmi araşdırmalar, arxeoloji qazıntılar və layihələr həyata keçirmişdir. O, 2012–2016-cı illərdə Türkiyə Ənənəvi İdman Növləri Federasiyasının prezidenti vəzifəsində çalışmışdır. Bu çərçivədə o, 7–14 sentyabr 2014-cü ildə Qırğızıstanda keçirilən I Dünya Köçəri Oyunlarının və 2–9 sentyabr 2016-cı il tarixlərində Qırğızıstanda keçirilən II Dünya Köçəri Oyunlarının Təşkilat Komitəsinin üzvü və Türkiyə nümayəndə heyətinin rəhbəri vəzifələrində çalışmışdır.
Amblyseius celsus
Amblyseius celsus (lat. Amblyseius celsus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius celsus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Amblyseius cessator
Amblyseius cessator (lat. Amblyseius cessator) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius cessator Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Antoni Cenkinson
Antoni Cenkinson — (ing. Anthony Jenkinson, 8 oktyabr 1529, Lesterşir[d] – 16 fevral 1611) XVI əsr ingilis səyyahı, taciri və diplomatı. Onun gündəliyində apardığı qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri o cümlədən, İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə önəmli mənbələrdəndir. == Həyatı == Antoni Cenkinson 1529-cu ildə Leyçester şəhərində anadan olmuşdur. Atası Uilyam Cenkinson öz dövrünün varlılarından idi. Antoni tacir olmaq üçün təhsil almışdı. 1568-ci ildə o, Cudi Marş ilə ailə həyatı qurmuş, bu evlilikdən 6 qız, 5 oğlan övladı dünyaya gəlmişdir. Cudi Marşın atası Con Marş "Moskva" kompaniyasının qurucularından biri olmaqla yanaşı, geniş işgüzar əlaqləri olan bir şəxs idi. Bu əlaqələr vasitəsilə Antoni Cenkinson "Moskva" kompaniyasına qoşulmuş, kompaniyanın tərkibində dəfələrlə ekspedisiyalarda iştirak etmişdi. == Səyahətləri == === İlk səyahəti === Antoni Cenkinsonun ilk xarici səfəri "İpəkçi" kompaniyası ilə 1546-cı ilin oktyabr ayında baş tutmuşdur.
Artemisa Centileski
Centileski (Gentileschi; 8 iyul 1596[…], Roma, Papa dövləti – 1654[…], Neapol, Napoli Krallığı) — 16-17-ci əsrin ortaları italyan rəssamları ailəsi. İtaliya karavaccizminin ən görkəmli nümayəndələri. == Nümayəndələri == === Oratsio === Oratsio (9.7.1563, Piza – 7.2.1639, London) – yaradıcılığının erkən dövrləri italyan manyerizmi ilə bağlı olmuşdur, lakin 1605-ci ildən dəzgah rəngkarlığı əsərlərində Karavacconun (1590-cı illərin sonlarında Romaya gələn Centileski burada onunla tanış olmuşdur) təsiri hiss olunur. O, monumental rəngkarlıq sahəsində də çalışmışdır: Müq. Pyotr kilsəsinin günbəzinin mozaikalarının yaradılmasında (1609–10; A. Tassi ilə birlikdə) iştirak etmiş, Kasino Muz (1611–12), Palatso Kvirinaledə Saladel-Konsistorio (1612, hamısı Romadadır) və s. üçün rəsmlər çəkmiş; Genuyada Savoyya hersoqunun sarayında (1623–26) işləmişdir. Parisdə Mariya Mediçinin sifarişi ilə Lüksemburq sarayı üçün bir neçə alleqorik kompozisiya (1624–25) yaratmışdır. 1626-cı ildən Londonda I Karlın saray rəssamı olmuş, burada qızı Artemiziyanın iştirakı ilə Qrinviçdəki Kuins-hausun Böyük zalının plafonunu işləmişdir (1638–39, hazırda Malboro-haus, London). === Artemiziya === Artemiziya (8.7.1593, Roma –1652 və ya 1653, Neapol) – Oratsionun şagirdi olmuş, həmçinin A. Tassidən dərs almışdır. 1612-ci ildə Florensiyaya köçmüşdür.
Artemisia Centileski
Centileski (Gentileschi; 8 iyul 1596[…], Roma, Papa dövləti – 1654[…], Neapol, Napoli Krallığı) — 16-17-ci əsrin ortaları italyan rəssamları ailəsi. İtaliya karavaccizminin ən görkəmli nümayəndələri. == Nümayəndələri == === Oratsio === Oratsio (9.7.1563, Piza – 7.2.1639, London) – yaradıcılığının erkən dövrləri italyan manyerizmi ilə bağlı olmuşdur, lakin 1605-ci ildən dəzgah rəngkarlığı əsərlərində Karavacconun (1590-cı illərin sonlarında Romaya gələn Centileski burada onunla tanış olmuşdur) təsiri hiss olunur. O, monumental rəngkarlıq sahəsində də çalışmışdır: Müq. Pyotr kilsəsinin günbəzinin mozaikalarının yaradılmasında (1609–10; A. Tassi ilə birlikdə) iştirak etmiş, Kasino Muz (1611–12), Palatso Kvirinaledə Saladel-Konsistorio (1612, hamısı Romadadır) və s. üçün rəsmlər çəkmiş; Genuyada Savoyya hersoqunun sarayında (1623–26) işləmişdir. Parisdə Mariya Mediçinin sifarişi ilə Lüksemburq sarayı üçün bir neçə alleqorik kompozisiya (1624–25) yaratmışdır. 1626-cı ildən Londonda I Karlın saray rəssamı olmuş, burada qızı Artemiziyanın iştirakı ilə Qrinviçdəki Kuins-hausun Böyük zalının plafonunu işləmişdir (1638–39, hazırda Malboro-haus, London). === Artemiziya === Artemiziya (8.7.1593, Roma –1652 və ya 1653, Neapol) – Oratsionun şagirdi olmuş, həmçinin A. Tassidən dərs almışdır. 1612-ci ildə Florensiyaya köçmüşdür.
Artemisia cernua
Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir. == Botaniki təsviri == Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir. Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.

Digər lüğətlərdə

въявь вы́рядить кинохро́ника маниака́льный расша́танный силки́ туполо́бость землеве́д иссуша́ться костри́чный ми́стер подкисли́ть реклами́ровать слы́шный сортоиспыта́ние учу́г чаево́д шараба́н господи hasty nookery obscurum per obscurius ornithosaurian terrier определимый