CƏFA

is. [ ər. ] Əzab, əziyyət, üzüntü, incitmə.
Xəzanə meyl elədi, almadı vəfa nəzərə; Yetişdi bülbülə çox-çox qəmü cəfası gülün. X.Natəvan.
[Vaqif:] Görmüşəm şahların vəfasını mən; Xanların zülmünü, cəfasını mən. S.Vurğun.

□ Cəfa çəkmək – iztirab çəkmək, əziyyət çəkmək.
Qıymazdı intiqamə məni zardən rəqib; Çəkmiş olaydı mən təki yarın cəfasını. S.Ə.Şirvani.

Cəfa vermək – mənəvi əzab vermək, əziyyət vermək, zülm etmək.
Cəfasını çəkmək – əziyyətini çəkmək, möhnətini çəkmək, dərdbəlasını çəkmək. Cəfasın çəkən səfasın görər. ( Ata. sözü ).
Buna baxmayaraq, Mehriban ərinin hər cəfasını çəkən, onun rahat yaşaması üçün hər bir fədakarlığa hazır olan bir qadın idi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏFA cəfa bax əzab; zəhmət 2
  • CƏFA əzab — əziyyət — iztirab — işkəncə — məşəqqət

Antonimlər (əks mənalı sözlər)

  • CƏFA CƏFA – SƏFA Mən yazıq çəkdim cəfanı; Müxənnət sürdü səfanı (Aşıq Ələsgər)
CƏDVƏLÇİ
CƏFAÇI
OBASTAN VİKİ
Cəfadarlar monastırı (Keşikçidağ)
Əzabkeşlər monastırı (gürc. წამებულის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Abidə, Azərbaycan ərazisindəki Udabno monastırından qərbdə, yüksək dağlıq yerdə inşa edilmişdir. Kilsənin şərq divarı dağılmışdır. Kilsənin girişindəki kərpic darvaza XVII əsrdə İmereti çarı II Arçil (1664-1675) tərəfindən inşa etdirilmişdir. Kilsənin tavanını bəzəyən freskalar üslub xüsusiyyətlərinə görə XI əsrə aid edilirlər. == Ədəbiyyat == ზ.
Cəfakeş Eduard
Eduard (ing. Eadweard, Edward the Martyr 962, Uesseks, İngiltərə - 18 mart 978) — İngiltərə kralı. Sülhsevər Edqarın birinci həyat yoldaşı Etelfledadan olan oğlu. Pravoslav, Katolik və Anqlikan kilsələrində müqəddəs kimi yad edilir. 975-ci ildə Kinqstonda kral elan edilmişdir. == Ölümü == 18 mart 978-ci ildə (və ya 979) kral Dorsetşirdə yerləşən Korf qalasına dəvət olunur. Burada onu şahzadə Etelred və anası, Sülhsevər Edqarın ikinci həyat yoldaşı Elfreda gözləyirdilər. Elfredanın qulluqçuları Eduardı dairəyə alaraq əllərini birləşdirdilər və qulluqçuların biri xəncərlə Eduardın sinəsinə zərbə endirdi. Nəticədə Eduard atdan yıxılsa da, ayağı üzəngiyə ilişir. At isə qaçaraq qaladan uzaqlaşır və meşəyə tərəf gedir.
Cəfalı (Marağa)
Cəfalı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Qavdul kəndistanında, Marağa şəhərindən 42 km cənub-şərqdədir.

Digər lüğətlərdə

воскобо́йный вы́лежаться дипсома́ния лазе́йка ошара́шиваться поляро́идный рогу́лечка са́говые термалама́ францу́зить широкомасшта́бный ю́шка баллотиро́вка доскакну́ть нечувстви́тельный плюсова́ние поса́дка cantoned inadvertently integrity tailoring unanimously вихор отлегать отсоединить