CIĞIR

is.
1. Gediş-gəlişdən əmələ gələn ensiz, dar yol.
Evlər, damlar, taxtapuşlar gümüş kimi ağarır; Qar tapdanıb, palçıq olub, dağda cığır qaralır. A.Səhhət.
İzzət qarı … Qumru ilə bərabər oba altından keçib, yamacda burulan cığıra düşdü. Ə.Məmmədxanlı.
Elxan həmin cığırı tapıb, sevincək Oqtayı səslədi… M.Rzaquluzadə.

2. məc. Yol, istiqamət, cərəyan. İncəsənətdə yeni cığırlar.
– Tanıtdı körpələrə; Şanlı sabaha gedən; Cığırları, izləri. B.Vahabzadə.

□ Cığır açmaq1) istiqamət vermək, yol açmaq;
2) yeni istiqamət (cərəyan) yaratmaq.
3. məc. İz, xətt. Qız cavan idi.
Qara saçlarına ağ cığır, girdə, tər sifətinə qırış düşməmişdi. B.Bayramov.
[Məmmədin] səliqə ilə yana daradığı sıx, qara saçlarında ağ tüklər dolaşıq cığırlar açmış, gicgahları tamam çallaşmışdı. V.Şıxlı.

◊ Cığırdan (cığırından) çıxmaq – bax cızığından çıxmaq (“cızıq”da).

Sinonimlər (yaxın mənalı sözlər)

  • CIĞIR cığır bax yol 1
  • CIĞIR yol
  • CIĞIR şıram — zolaq

Etimologiya

  • CIĞIR Əslində iz (iz və cızmaq qohum sözlərdir) sözü ilə bağlıdır və ızğır formasında olub. Yolda –izdə sözü sinonimlər birləşməsidir və cığır sözü ızğır sö
CIĞILTI
CIĞIRAÇAN
OBASTAN VİKİ
Cığır (Bostanabad)
Cığır (fars. جغر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (6 ailə).
Uçurum üzərində cığır (film, 1979)
== Məzmun == Film 1978-ci il aprelin 6-da SSRİ Nazirlər Sovetinin "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizəni gücləndirmək üzrə əlavə tədbirlər haqqında" qərarına cavabdır.
Qoyun cığırları
Qoyun cığırları — təpə və dağların çimlənmiş yamaclarında pilləvarı yerləşən cığırlar, yaxud ensiz terras görkəmində mikrorelyef formaları. Adətən qoyun cığırlarının əmələ gəlməsini dırnaqlı heyvanların yamaclarda dəfələrlə hərəkət etməsi ilə əlaqələndirirlər. Onların yaranması ağırlıq qüvvəsi nəticəsində yamac çöküntülərinin sürüşməsi, yaxud soliflüksiya prosesi nəticəsində də baş verə bilər.
Ho Şi Min cığırı
Ho Şi Min cığırı (ing. The Ho Chi Minh trail, vyet. Đường mòn Hồ Chí Minh), həmçinin Annam dağları cığırı (vyet. Đường Trường Sơn) — Şimali Vyetnamdan Laos və Kamboca krallıqları vasitəsilə Cənubi Vyetnama qədər uzanan logistik yollar və cığırlar şəbəkə. Bu sistem Vyetnam müharibəsi zamanı Vyetkonq və Vyetnam Xalq Ordusuna işçi qüvvəsi və material şəklində dəstək vermişdir. Şəbəkənin tikintisi 1959-cu ilin iyulunda, Şimali Vyetnamın Laosa hücumundan sonra başlamışdır. ABŞ tərəfindən Şimali Vyetnam prezidenti Ho Şi Minin şərəfinə adlandırılmışdır. Adın mənşəyinin Birinci Hind-Çini müharibəsindən gəldiyi güman edilir. Bu dövrdə "Ho Şi Min cığırı marşrutu" adlı Vyetmin dəniz logistikası xətti mövcud idi. 1960-cı ilin sonlarından bəri cığır sistemi inkişaf etmiş, həmn dövrdən qısa müddət sonra "Agence France-Presse" (AFP) şimal–cənub cığırının açıldığını elan etmiş və onlar bu dəhlizə "La Piste de Hồ Chí Minh", yəni "Ho Şi Min cığırı" adını vermişdilər.
Sianuk cığırı
Sianuk cığırı — Kambocada Vyetnam müharibəsi (1960–1975) zamanı Vyetnam Xalq Ordusu və onun Vyetkonq partizanları tərəfindən istifadə edilən logistik təchizat sistemi. 1966-cı və 1970-ci illər arasında istifadə olunan bu sistem Laos krallığının cənub-şərq hissəsindən keçən və daha çox tanınan Ho Şi Min cığırı ilə eyni şəkildə işləyir, eyni məqsədlərə xidmət edirdi. Bu ad ABŞ tərəfindən verilmişdir və Şimali Vyetnama görə, bu iki sistem ayrı deyildilər. ABŞ-nin bu sistemə mane olmaq cəhdləri 1969-cu ildə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Kissinger, Henry A., White House Years Morris, Virginia and Hills, Clive, Ho Chi Minh's Blueprint for Revolution: In the Words of Vietnamese Strategists and Operatives, McFarland & Co Inc, 2018. Morris, Virginia and Hills, Clive, A History of the Ho Chi Minh Trail: The Road to Freedom, Orchid Press, 2006.

Digər lüğətlərdə

ве́трено кружко́вский огрунто́вывать осёдлывать отта́чивать петру́шечник геофи́зика избрани́ть навы́верт перспекти́вность притесня́ть станцио́нный яйцекладу́щий трунить bay calorie convincing coq au vin electroplating leper house multiprobe squirt gun taximan unshorn лазутчик