Azərbaycan dilinin izahlı lüğətində ABAD sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. [ fars. ]
1. Müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen. Abad şəhər. Abad kənd.
– Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi. H.Sarabski.
Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır. N.Rəfibəyli.

// Ümumiyyətlə, yaxşı, müntəzəm, səliqəli, mədəni, yaxud yaxşı təchiz və təmin olunmuş, yaxşı vəziyyətdə olan.
□ Abad edilmək – bax abadlaşdırılmaq.
Abad etmək (eləmək) – bax abadlaşdırmaq.
Zəhmət qoymaq, kəndlərimizi abad etmək, yaşayışımızı yaxşılaşdırmaq öz əlimizdədir. T.Ş.Simurq.
[Şair:] Biz bu dünyaya xarabalıqları abad etməyə gəlmişik. Ə.Məmmədxanlı.

Abad olmaq – bax abadlaşmaq.
Bunlar hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər. N.Nərimanov.
Tənimdə qalmayıb bir xali yer qəmzən xədəngindən; Olur abad hər mülkün ki, adil olsa sultanı. Q.Zakir.

Abad olsun! Evin abad olsun! – təşəkkür, razılıq, məmnuniyyət, təqdir bildirən ifadədir.
Etdi bir cam ilə təmir dili-viranı; Meyfüruşun görəyim xanəsi abad olsun! S.Ə.Şirvani.
[Qoca:] Çörək verdin, yedim, evin abad olsun! Ə.Haqverdiyev.

2. məc. klas. Şən, şad. Dağıldı qüssədən abad gördüyün könlüm. Heyran xanım.
← ABA

is. məh. 1. Ata. 2. Böyük bacı (hörmət üçün böyük qadına da deyilir)

...ABAD →

[fars.] Xüsusi isimlərə qoşularaq şəhər, kənd, yer adları düzəldilir; məs.: Cəlilabad, Sabirabad və s