CİBGİR

is. Cib oğrusu, cibə girən oğru, xəspuş.
Yoxdu pul qədri bilən dəhrdə cibgir kimi. M.Möcüz.
Cəfərqulu bir qədər çəkindi.
Ona demişlərdi ki, “şəhər yerində cibgir çox olar, özünü gözlə”. Qantəmir.
Xuliqanlar və cibgirlər dəstəsi qoyun sürüsü kimi durub irəliləməkdən qorxurdu. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİBGİR CİBGİR (cib oğrusu) ..dükan yaranlara, cibgirlərə, adam öldürənlərə açıq nifrətlə baxardılar (M.İbrahimov); CİBƏGİRƏN [Direktor:] Bəlkə sənin əvvəl iş
  • CİBGİR oğru

Etimologiya

  • CİBGİR Cib ərəbcədədir gir isə farsca qereftən (götürmək) feilinin əsasıdır (məna: “cibdəkini götürən”). Farslar buna “cibbor” da deyirlər
CİBƏGİRƏN
CİBGİRLİK

Digər lüğətlərdə

уда́вовые шунги́т компа́кт-кассе́та прие́зжая свечни́ца согна́ть семь потов ста́дия стаж студе́нточка Богемия bioindustry Christine crosscheck elsewise hands-off madly radio nebula trophobiosis банджо календарный лиричный прижаться резина сплавщик цибик