CİDA

is. Sivri dəmir ucluqlu, dəlici qədim silah; mizraq. Cidanı çuvalda gizlətmək olmaz. ( Ata. sözü ).
Koroğlu qayıtmaz, tufan saçmasa; Cida işlətməsə, qılınc çaxmasa. Koroğlu”.

□ Cida boyu – ölçü bildirir (adətən, gün, günəş sözləri ilə deyilir).
[İntelligentin anası:] [Oğlum] gün iki cida boyu qalxmamış, üstünə diri ilan salasan, yerindən tərpənməz. Qantəmir.
[Pəri cadu:] Əgər gün bir cida boyu qalxınca burada olmasa, sənin ətini öz anana yedirdəcəyəm. Ə.Haqverdiyev.
Günəş bir cida boyda ucalanda uzaqda balaca bir qaraltı göründü. P.Makulu.

◊ Cidanın ucu çuvaldan çıxır – bax xoruzun quyruğu görünür (“xoruz”da).

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİDA cida bax nizə
  • CİDA mizraq — süngi

Etimologiya

  • CİDA Monqolca “nizə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
CİCİ-BACILIQ
CİDA₂
OBASTAN VİKİ
Cida adası
Cida adası (ərəb. جزيرة جدة‎) — Fars körfəzində Bəhreynə aid olan qayalı, yaşayış olmayan ada. Manama şəhərindən 18 km qərbdə, Umm es-Sabban adasından qərbdə və 1,75 km uzunluğunda bəndlə bağlandığı Umm-an-Nasan adasının şimalında yerləşir. Əvvəllər dövlət həbsxanası kimi fəaliyyət göstərən adada daş karxanası olmuşdur, hazırda istirahət zonası kimi fəaliyyət göstərir. İnzibati cəhətdən Şimal muhafazasına aiddir. Əsasən ada əhəngdaşı qayalarından ibarətdir. Adadan kəsilmiş qaya bloklarının Bəhreyn adasındakı Barbar məbədində istifadə edildiyi güman edilir.
Qışlaq-i Cida (Germi)
Qışlaq-i Cida (fars. قشلاق جدا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 142 nəfər yaşayır (25 ailə).
Cidaqaya (Tikantəpə)
|milli tərkibi=azərbaycanlılar }} Cidaqaya (fars. جداقيه‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Cidaqaya kəndi Tikantəpə və Saraskənd şəhərlərinin arasında yerləşərək,Tikantəpədən 67 kilometr şimalda yeralıbdır.Cidaqaya Ağotaq,Arpaçayı və Ərəbşah kəndlərindən sonra,iki hündür dağın yamacında olaraq,kəndə gedən avtomobil yolu isə çox qəzalıdır.Ərazisi dağlıqdır. == Mədəniyyət == Cidaqayada bir ibtidai məktəb və məscid fəaliyyət göstərir.Kəndin keçidləri son neçə ildə daşla örtülmüşdür.Burada su,işığ və telefon var ancaq kəndlilər yanacağ baxımından əziyyət çəkirlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 189 nəfər yaşayır (37 ailə).Əhalisi azərbaycan türklərindən ibarətdir.Kəndin ləhcəsi Tikantəpəilə fərqlidir.
Cidayubori parkı
Cidayubori parkı (次大夫堀公園, Cidayubori-koen) — Yaponiyanın Tokio şəhərinin Setaqaya rayonunun Kitami bölgəsində yerləşən park.

Digər lüğətlərdə

вы́честь гиперболо́ид отка́шливаться снасти́ть белёсо бечева́ герои́чный европе́йский золотнико́вый могика́нка накорчева́ть перепля́с превзойти́ ре́вностный переклюкать alulae cockle cornstalk flag-station Jidda moonquake photoprint zonality крица решительность