Azərbaycan dilinin izahlı lüğətində ÇADRA sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Qadınların başdan topuğacan bədənlərini örtmək üçün işlətdikləri bürüncək; çarşab. Çadra örtmək. – [Cahan:] ..Qoy elə bu güncə çadramı başıma salıb gedim, [Əsgər] üçün qız bəyənib seçim. Ü.Hacıbəyov. Külək vurduqca Tellinin qıyqacı örtdüyü çadrasını yelləndirirdi. S.Hüseyn.
← ÇADIRÇI

is. köhn. Çadır ustası. [Çadırçı usta:] Bizə yoldaşdı o rəhmətlik baban; Bir çadırçıydı o da. H.Cavid.

ÇADRALI →

sif. Çadra örtmüş, başında çadra olan; çarşablı.