Azərbaycan dilinin izahlı lüğətində ÇAĞ sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Vaxt, zaman. Bu çağacan harada qalmısan? Nə çağacan səni gözləyək? – Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. İ.Şıxlı. ◊ Oğlan çağı (çağında) – bir şeyin ən qızğın, ən gərgin dövrü(ndə). Qışın oğlan çağında .. Nəriman .. hissələrinə yola düşdü. Mir Cəlal. ..Bu günlər dördüncü iqlim ölkəsi Azərbaycanda yayın oğlan çağı idi. Ə.Məmmədxanlı.
← ÇADRASIZ

sif. Çadra örtməmiş, başında çadra olmayan; çarşabsız, üzüaçıq. Çadrasız arva

ÇAĞ₂ →

sif. 1. Sağlam, saz, hələ əldən düşməmiş.