Azərbaycan dilinin izahlı lüğətində ÇAĞILTI sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Çağlayan suyun çıxardığı səs, axan suyun daşlara, qayalara çarparaq çıxardığı səs. Güclənən sellər dərəaşağı çağlayırdı. Elə bil bu çağıltı öz ahəngi ilə “gəlgəl” deyə Qəhrəmanı çağırırdı. S.Rəhimov.
← ÇAĞALIQ

is. Uşaqlıq, körpəlik. Çağalıq dövrü.

ÇAĞIRICI →

sif. Çağıran. [Qadının] amiranə çağırıcı ahəngi mübarizə və qələbə ruhu ilə doludur. R.Rza.