ÇAĞIRILMAQ

Çağırmaq”dan məch. İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi. M.S.Ordubadi. Bəndalı təqsirini etiraf etmədiyi üçün təzə şahidlər çağırılmışdı. Mir Cəlal. ◊ Çağırılmamış qonaq – dəvətsiz olaraq bir yerə gəlmiş, yaxud arzu olunmadığı və ya gözlənilmədiyi halda gəlmiş adam haqqında. Çağırılmamış qonağın gəlməsi [Məstan bəyi] pərt etdi. B.Talıblı. Atlıxanla Güləndam özlərini bikef göstərsələr də sevinirdilər ki, binənin suyunu bulandıran bu çağırılmamış qonaq axırı ki, çıxıb gedir. İ.Məlikzadə. Çağırılmış bayatı – çoxdan deyilmiş, çoxdan məlum olan, artıq əhəmiyyəti, mənası olmayan sözlər haqqında.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ÇAĞIRILMAQ быть позванным, вызываемым, приглашенным ətraflı

Azərbaycanca-rusca lüğət

ÇAĞIRILMAQ глаг. 1. зваться: 1) носить имя, именоваться, называться (о людях). ətraflı

Author: Obastan; Publisher: Obastan