ÇAĞIRMAQ

f.
1. Birinin adını, yaxud təxəllüsünü, ləqəbini ucadan deyərək yanına gəlməsini, yaxınlaşmasını, ya da cavab verməsini istəmək.
Birdən: – Ərbab! – deyə, birinin arxamdan alçaq səslə məni çağırdığını eşitdim. S.Hüseyn.
Mahirə … durna boğazını yuxarı tutaraq çağırırdı: – Sarxan, Sarxan! M.Hüseyn.

2. Bir yerə dəvət etmək. Toya çağırmaq.
– Ana Südabəyə yavaşca: – Qızım, Firidunu qonaq çağırsana, – dedi. M.İbrahimov.
Qış tətilinə gələn bacısı qızı Zərifəni Qafar bu gün qonaq çağırmışdı. Ə.Əbülhəsən.

3. Mühüm bir işi görməyə dəvət etmək, cəlb etmək, ruhlandırmaq. Vətəni müdafiəyə çağırmaq. Düz yola çağırmaq.
– Mənim də köksümdə bu səs bağırır; Hünərə, əməyə, işə çağırır. A.Şaiq.
İlk söhbəti, ilk sözü yol açdı ürəklərə; Çağırıb insanları nurlu, aydın səhərə. R.Rza.

4. Adətən hərəkət bildirən bəzi isimlərlə birlikdə təklif etmək, tələb etmək mənasında tərkiblər əmələ gətirir. Sükuta çağırmaq. Sayıq olmağa çağırmaq. Tabe olmağa çağırmaq. Nizama çağırmaq.
5. İclas, müşavirə, kollegial orqan və s. üzvlərini məsələ həll etmək, məsləhətləşmək, bir qərar çıxarmaq üçün bir yerə yığmaq. İclas çağırmaq.
– Müalicə komissiyasından qayıdan kimi Zahir büro çağırıb katibliyi müvəqqəti Gəldiyevə həvalə etmişdi. Mir Cəlal.

6. Çağırış vərəqəsi ilə birinin bir yerə gəlməsini xahiş və ya tələb etmək. Hərbi komissarlığa çağırmaq.
– …İndi Güldəstəni başqa bir milis şöbəsinə çağırmaq lazım gələcək. H.Seyidbəyli.

7. məc. Hava ilə oxumaq. Bayatı çağırmaq. – Aşıq gördüyünü çağırar. ( Ata. sözü ).
[Əbdürrəhman bəy:] Əlinin ikisini də qoy qulaqlarının dibinə, gəraylı çağır. N.Vəzirov.
[Balaqız:] Səfi oğlu İskəndər gecələr səhərədək sizin doqqazda bayatı çağırır. Ə.Haqverdiyev.

8. məc. Arzu etmək, istəmək, həvəsində olmaq.
İftara bir az qalanda mömin müsəlmanlar təsbeh çevirə-çevirə dodaqları duanı vird eləyəndə ürəkləri də plov çağırır. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇAĞIRMAQ 1. ÇAĞIRMAQ Artıq eyvanda olan xanım Güləbətini çağırdı (M.İbrahimov); HARAYLAMAQ [Lütfi Məsimov:] Kimsə həyətdəki köpəkdən qorxub içəri girmədən hasa
  • ÇAĞIRMAQ səsləmək — haylamaq — haraylamaq

Etimologiya

  • ÇAĞIRMAQ Qədim dövrlərdə çoğı sözü olub və “səs” mənasında işlədilib. Çağ­la­maq (su səsi), çağırmaq, çığırmaq sözləri onun əsasında əmələ gəlib
ÇAĞIRMA
ÇAĞIRTI

Digər lüğətlərdə

денщи́к заспирто́вывание Наде́жда настро́йщица однока́шничество педпра́ктика поро́сная рекоменда́ция трапециеви́дно укори́зненный деспоти́я закво́хтать зво́нче непрекло́нность подта́пливать чей brewer's grains kidney machine mountain-high sawn-off shrive басконка интеллигент лесозащитный мясо-молочный