Azərbaycan dilinin izahlı lüğətində ÇAĞLAMAQ sözün mənası. Толковый словарь азербайджанского языка.

f.
1. Çağıltı ilə axmaq, şırıltı ilə köpüklənərək tökülmək. Şəlalə çağlayır.
– Göy otların arasından bulaqlar; Şırıltıyla köpüklənərkən çağlar. A.Səhhət.
Nəbi … qıjıltı ilə gedən çaylara, qayalardan çağlayıb tökülən şəlalələrə tamaşa edirdi. S.Rəhimov.

2. məc. Qaynamaq, coşmaq.
Cəmisi bir ay əvvəl burada sakit və məsud bir həyat çağlayırdı. Mir Cəlal.
O getdi, çağladı ürəyində kin; Getdi sorağında baharın, yazın. N.Xəzri.

// Obrazlı təşbehlərdə.
Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdır; Sən mənim göz yaşım ol, çağla, Segah, çağla, Segah! B.Vahabzadə.

← ÇAĞLAMA

“Çağlamaq”dan f.is

ÇAĞLAYAN →

is. Şəlalə, şırran