Azərbaycan dilinin izahlı lüğətində ÇAXÇAX sözün mənası. Толковый словарь азербайджанского языка.

is.
1. Keçmişdə: qapını döymək üçün ona vurulan dəmir toxmaqdan ibarət alət. Məşədi Kazım yenicə oturmuşdu, qapının çaxçaxı vuruldu.. M.S.Ordubadi.
2. Çəpər kimi yan-yana vurulan ensiz taxtalardan hasar; məhəccər.
← ÇAHARŞƏNBƏ

[fars.] b a x çərşənbə.

ÇAXÇUR →

is. Keçmişdə: qadınların geydikləri balağı büzməli enli şalvar növü.