AHƏNG

is. [fars.]
1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. Ahəngi pozmaq. Səslərin xoş ahəngi. Boyalarda ahəng yoxdur. – Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri deyirdi. S.S.Axundov. // Məc. mənada. Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdən-birə dəyişdirdi. M.S.Ordubadi. ..Hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər şey füsunkar bir gözəlliklə ona [Firiduna] baxıb gülümsəyirdi. M.İbrahimov.
2. məc. Gözəl səs, avaz. Bu səs Jenyanın qulağında başqa bir ahənglə cingildədi. M.S.Ordubadi. [Mirzə Valeh] bülbüllərin min bir nəğməsini dinləyir, .. axırda bir neçə beyt söyləyir, bu ahəngə qoşulurdu. S.Rəhimov. // Ton. Balacayev acıqlı bir ahəng ilə: – Bəs bu gün haranız ağrıyır? – deyə soruşdu. S.Rəhimov. Gəldiyev həmişə səsinə, hərəkətinə sirli bir ahəng verməyi sevərdi. Mir Cəlal.
3. Nəğmə, mahnı, hava. Səhər bülbüllər əfğanı deyil bihudə gülşəndə; Füzuli, naleyidilsuzinə ahəng tutmuşlar. Füzuli. Oxu şiddətlə bir ahəngi-hicaz; Ucadan başla, oxu bir avaz. S.Ə.Şirvani. Bizi ahənglərin şad eylər; Qəlbi yatmışları irşad eylər. A.Səhhət. ◊ Ahəng qanunu dilç. – əsasən türk dillərində: sözlərdə, həmçinin kök və şəkilçilərdə qalın saitlərin qalınları, incələrin incələri izləyib, bir-birinə uyğunlaşması hadisəsi.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

AHƏNG 1. созвучие, гармония, благозвучие, ассонанс; 2. ритм; 3. согласованность; ətraflı

Azərbaycanca-rusca lüğət

AHƏNG сущ. 1. гармония, соразмерность, стройность. Rənglərin (boyaların) ahəngi гармония красок 2. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

AHƏNG 1. AHƏNG, UYĞUNLUQ 2. ahəng bax səs 3. ahəng bax 1. ətraflı

Author: Obastan; Publisher: Obastan