ÇERTYÓJ

is. [ rus. ] Bir şeyin müəyyən üsullarla səth (kağız, kalka, taxta və s.) üzərində çəkilmiş şərti qrafik təsviri; cizgi. Layihənin çertyoju. Binanın çertyoju.
– Lətif ona tapşırılan detalın çertyojunu alıb, böyük həvəslə işə başladı. H.Seyidbəyli.

ÇEMPİONLUQ
ÇERTYOJÇU
OBASTAN VİKİ
Çertyoj
Çertyoj - əşyaların hər hansı informasiya daşıyıcısı (kağız, kalka, plyonka, faner və s.) üzərində, müəyyən miqyasa uyğun olaraq, qrafik obrazlar, yəni nöqtə, düz və əyri xətt parçaları, simvollar, şərti işarələr və s. vasitəsilə təsviri (və ya proyeksiyalanması). Çertyojdan mətn illüstrasiyası kimi və yaxud məmulatı hazırlamaqdan ötrü tərtib olunan sənədlərin tərkibində istifadə olunur. Çox vaxt izahlı yazılarda, texniki tələblərdə, məmulatın hazırlamasına dair göstərişlərdə təchiz olunur. Texniki rəsm və ya sxem də çertyoj növləridir == Çertyoj == Azərbaycan Sovet Ensiklopediyası - X cild. səh. 321.
Çertyojçu
Çertyojçu — mühəndis və arxitektorların istiqamət verməsi ilə texniki çertyojlar hazırlayan şəxsdir. Əvvəlki dövrlərdə çertyojçular çertyoj taxtaları önündə oturur və karandaş, qələm, kompas, üçbucaq və düz xətkeşlər və digər vasitələrdən istifadə edərək əllə çertyoj çəkirdilər. 1980–1990-cı illərdə CADD sistemləri ortaya çıxmaqla çertyoj taxtalarını istifadədən uzaqlaşdırmağa başladı. Bu sistemlər çertyojların daha sürətli hazırlana bilməsinə səbəb oldu. CADD yolu ilə çertyoj çəkənlər CADD operator da adlanırlar.

Digər lüğətlərdə

антраце́новый кипре́йный кора́блик необеспе́ченный подсо́сок пы́шка вернуться к разбитому коры́ту втемя́шиться лакри́ца обескура́жить перекле́ивать перестира́ть развороши́ть экстраордина́рный профессор каландать crispin deferent dissaving en ami equiponderants Flying Fortress pilch toucan two-pair unbosom