ÇIĞIRMAQ

f.
1. Bərk qışqırmaq, bağırmaq. Nə üçün çığırırsan? Çığırmaqdan səsi batdı.
– Atalar doğru deyib: – Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. Ə.Vəliyev.

// Çığıra-çığıra demək, bərk səslə demək.
Polad çığırdı ki: – Mən bu dünyada; Yaşadım namusla, vicdanla ancaq. M.Rahim.

2. Bərkdən ağlamaq, fəryad etmək, haray salmaq, bağırmaq.
Gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına, çığırır. M.S.Ordubadi.
O biri otaqda yatmaqda olan Ruqiyyə xanımın körpəsi yuxudan ayılıb çığırmağa başladı. S.Hüseyn.

// Bərkdən özünəməxsus səs çıxartmaq (heyvanlar və quşlar haqqında).
Atlar daha da şiddətlə başladılar çığırmağa. C.Məmmədquluzadə.
Hərdənbir kəndin üzərindən yanıqlı-yanıqlı çığıran ( f.is. ) durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇIĞIRMAQ ÇIĞIRMAQ [Qaçay] dönüb bütün gücü ilə çığırmaq istərkən səsi çıxmadı (S.Rəhimov); BAĞIRMAQ (bərkdən qışqırmaq) Aman, deyə bağırdım: “Ana, bu nədir, an
  • ÇIĞIRMAQ qışqırmaq — bağırmaq — böyürmək
ÇIĞIRMA
ÇIĞIRTI

Digər lüğətlərdə

лега́ш мяси́стость обли́ственность обморо́чение патологи́ческий по-идио́тски пре́ния притра́вка тяжелора́неный бестала́нный вдува́ть верхо́вье же́ртва зави́деть парить про́ще просто́го синхрони́я фондохрани́лище гвалт chickling vetch cold-hardening curvilinear quackster застудиться пилиться