ÇIĞIRTMA₁

is. Qızardılmış pomidor, badımcan və ya ət tikələrindən ibarət xörək (bəzən yumurta da vurulur). Pomidor (badımcan) çığırtması.
[Fərhad:] Musa ilə ikimiz bir cücənin çığırtmasını bir çörək ilə doyunca yemişik. Ə.Haqverdiyev.
[Dilara] xırdaca doğranmış pomidor və turş xiyarla bərabər, toyuq çığırtmasını səliqə ilə stolun üstünə düzdü. M.Hüseyn.

Etimologiya

  • ÇIĞIRTMA Xörək adıdır, bişirəndə çıxardığı səslə bağlı belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ÇIĞIRTI
ÇIĞIRTMA₂
OBASTAN VİKİ
Qiymə-çığırtma
Qiymə-çığırtma — Azərbaycan ərazisində yayğın olan qədim yemək növlərindən biri. == Tərkibi == Qoyun əti – 163 q. Baş soğan – 40 q. Ərinmiş yağ – 25 q. Yumurta – 2 ədəd. Şüyüd – 12 q. Zəfəran – 0,1 q. İstiot – 0,1 q. Duz –zövqə görə. == Hazırlanma qaydası == Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur.
Çığırtma plov
Çığırtma plov — Azərbaycanda çoxsaylı plov növlərindən biri. Əsasən Qəbələ və şimal bölgələrinə xasdır. == Tərkibi == Toyuq əti – 800 qram, düyü 600 qram, kərə yağı −160 qram, baş soğan 160 qram, yumurta 8 ədəd, limon −60 qram və ya 0.2 qram limon turşusu, yaxud abqora – 80 qram, sarıkök və ya zəfəran – 0.4 qram, duz, istiot, == Hazırlanması qaydası == Plov bişirmək üçün düyü təmizlənir, 2–3 saat islağa qoyulur. Böyük qazanda su qaynadılır və duz vurulur. Su qaynadıqda düyü suya əlavə olunur. Düyü 5 dəqiqə qaynadıqdan sonra süzgəcdən süzülür. Üzərinə soyuq su gəzdirilir. Düyünun üzərinə əridilmiş kərə yağı gəzdirilir. Başqa qazan götürülür, dibinə yuxa və ya qazmaq üçün hazırlanmış xəmir düzülür, üzərinə düyü tökülüb əridilimiş sarıkök və ya zəfəran vurulur. Plovu dəmə qoyduqda mütləq qazanın altında dəmir tava və ya dəmir altlıq olmalıdır.
Qiymə-çığırtma plov
== Tərkibi == Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz. == Hazırlanma qaydası == Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.
Badımcan çığırtması
== Ərzaqlar == Badımcan, Baş soğan, Kartof, Tomat pastası, Sarıkök, Duz, İstiot. == Hazırlanma qaydası == Badımcanı kubiklara kəsib, duzlayın və 0,5-1 saata saxlayın ki, badımcanın acılığı çıxsın. Badımcanı yuyun. Kartofu təmizləyib, kubiklara kəsin. Baş soğanı təmizləyib həlqəvi doğrayın və orta alovda qızardın. Soğan "ölən kimi" sarıkök, duz və istiotu əlavə edin (ölü soğan o deməkdir ki, yumşalsın və yarışəffaf olsun). Sonra kartofu əlavə edin, kütləni yaxşı qarışdırın, 5 dəqiqə qovurun, sonra badımcanları əlavə edin. Yaxşı qarışdırın, 3-4 qaşıq su əlavə edib qabaqla bağlayın. Bitki yağı lazım olsa əlavə edin. Badımcan sanki yağı "udur".

Digər lüğətlərdə

бездо́мность бесплацка́ртно всучи́ть заме́дливание застрочи́ть и́мидж клещеви́нный ми́нуть подви́жность полугора́ упря́жечный цимбали́ст дому́шница коменда́нтский отка́лывать редакцио́нный серебря́нка Антанта фофан ablutionary battle-field katydid mannequin self-learning древние