AXICI

sif.
1. Axmağa qabil olan; duru. Axıcı cisimlər.
2. məc. Səlis, rəvan. Bütün əsər boyu istər yazıçının təsvirlərində, istərsə surətlərin danışığında axıcı, ahəngdar, gözəl Azərbaycan dilinin musiqisi qulağımıza dəyir. M.İbrahimov. Bütün müdərrislərimiz ondakı [Həsəndəki] səlis, axıcı natiqlik məharətinə qibtə edirdilər. İ.Əfəndiyev.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

AXICI прил. 1. текучий 2. плавный ətraflı

Azərbaycan dilinin antonimlər lüğəti

AXICI AXICI – SÖNÜK Bütün müdərrislərimiz ondakı səlis, axıcı natiqlik məharətinə qibtə edirdilər (İ. ətraflı

Author: Obastan; Publisher: Obastan