AXIRINCI

sif.
1. Bir şeyin sırasında sonuncu, ən axırdakı; ən axırda olan (gələn). Axırıncı tamaşa. Axırıncı dərs. Küçədə axırıncı bina. Axırıncı qurtum. Axırıncı dəfə. Axırıncı iclas. Axırıncı aşırım. Həftənin axırıncı günü. – ..Günün axırıncı şəfəqi uca ağacların başını qızıl rəngində etmişdi və nazik yel yavaş-yavaş əsib yarpaqları tərpədirdi. N.Nərimanov. Axırıncı sözləri eşidəndən sonra Mahmud .. arxayın ola biləcəyini yəqin etdi. Ə.Əbülhəsən. // İs. mənasında. Axırıncı kimdir? Axırıncı mənəm. Axırıncı da getdi.
2. Ailədə hamıdan kiçiyi. Ailədə axırıncı uşaq. Axırıncı oğul. Axırıncı övlad.
3. Qəti, son, qurtaracaq. Axırıncı qiymət. Mən hələ axırıncı sözümü söyləməmişəm. Bu mənim axırıncı qərarımdır.
4. Ən yeni, ən təzə, yenicə meydana çıxmış, son. Axırıncı moda. Texnikanın axırıncı nailiyyəti. Elmin axırıncı sözü.
5. Ən pis, ən əhəmiyyətsiz. Axırıncı yerdə durmamaq üçün gecə-gündüz çalışmaq lazımdır. // Daha az əhəmiyyəti olan. Axırıncı rolları ifa etmək.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

AXIRINCI прил. 1. последний: 1) конечный. Axırıncı zəng последний звонок, axırıncı imtahan последний экзамен, axırıncı dəqiqə последняя минута, axırıncı dəfə (в) последний раз, axırıncı kurs последний курс, axırıncı görüş последняя встреча, axırıncı kimdir? кто последний?: 2) завершающий. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

AXIRINCI AXIRINCI O, axırıncı dəfə qarını danlayıb evindən qovmuşdu (S. ətraflı

Author: Obastan; Publisher: Obastan