ÇÖKMƏK

f.
1. Durduğu yerdən aşağı enmək, çuxura düşmək. Binanın divarı çökmüşdür. Asfalt çökmüşdür.
// Aşağı enmək, dibinə oturmaq (mayenin içərisində olan toz, qum və s.).
2. Çömbəlib birdən-birə oturmaq. Yerə çökmək. Dizi üstə çökmək.
– İmamverdi baba kürsüyə çöküb, başıaşağı xeyli fikrə getdi. S.S.Axundov.
[Xan] sərsəm kimi, ayaqları dolaşa-dolaşa divar dibinə qədər yeriyib oradakı döşəklərin üstünə çökdü. M.Rzaquluzadə.

3. Çulğalamaq, qaplamaq, bürümək, yayılıb tutmaq, basmaq. Dağlara, dərələrə duman çökdü.
// Məc. mənada. Ürəyinə kədər çökmək.
– İmran kişi aralığa çökmüş ( f.sif. ) ağır və cansıxan sükutun xeyli uzandığını görüb, idarə heyəti üzvlərinə ayrı-ayrılıqda müraciət elədi. M.Hüseyn.
Çökdü gözlərinə bir qatı zülmət; Qırılıb yanına düşdü əlləri. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇÖKMƏK enmək — yatmaq

Antonimlər (əks mənalı sözlər)

  • ÇÖKMƏK ÇÖKMƏK – QALXMAQ Kürün üstünə qaranlıq çökmüşdü (İ.Şıxlı); Bulud göyə qalxmışdı (İ.Şıxlı)

Etimologiya

  • ÇÖKMƏK Çökək sözü ilə kökdaşdır, amma diz çökmək ifadəsindəki çökmək sözü­nün çökək, çuxur anlamları ilə heç bir əlaqəsi yoxdur
ÇÖKMƏ
ÇÖKÜK

Digər lüğətlərdə

ара́п бреха́ть деревцо́ коря́кский косторе́зный краса́вка не ни́же покори́ться премье́р-майо́р префера́нс фаза́нчик затерза́ть офице́рик простира́ть трон бестия бросквина комплимент boarding party photoscope transsexualism zymogenic заполняться стержневой уступить