ÇUVAŞ

is. Çuvaş Respublikasının əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam.
ÇUVALDUZ
ÇUVAŞCA
OBASTAN VİKİ
Çuvaş Respublikası
Çuvaşıstan, Çuvaşıstan Respublikası, Çuvaşiya, Çuvaşiya Respublikası (rus. Чувашская республика, çuvaş Чăваш Республики) — Rusiya Federasiyası subyektlərindən biri. Paytaxtı Çeboksarı şəhəridir. == Tarixi == Çuvaşıstan ərazisi 1551-ci ildə Rus imperiyası tərəfindən işğal edilib. O dövrdən başlayaraq çar hökumətinin müstəmləkə siyasəti çuvaş xalqını acınacaqlı hala salıb. Ən məhsuldar torpaqları əllərindən alınıb və xristianlığı qəbul etməyə məcbur olmuşlar. == Coğrafiya == Respublikanın ərazisi 18.3 min kvadrat kilometrdir .Çuvaş Respublikası Volqa-Ural regionunda yerləşir. Paytaxtı Çeboksarı şəhəridir. Rusiya Federasiyasının tərkibindədir. Rəsmi dili çuvaş və rus dilidir.
Çuvaş dili
Çuvaş dili (Чăваш чĕлхи) - türk dillərinin oğur qoluna aid dil, Rusiyanın Çuvaşiya Respublikasının rus dili ilə yanaşı ikinci rəsmi dili. == Müqayisə == == İstinadlar == Эктор Алос-и-Фонт. Оценка языковой политики в Чувашии Picket in defense of the Chuvash in Cheboksary Эктор Алос-и-Фонт, «Преподавание чувашского языка и проблема языкового поведения родителей», Чувашский государственный институт гуманитарных наук, 2015, Шупашкар.
Çuvaş Milli Muzeyi
Çuvaş milli muzeyi (çuvaş Чăваш наци музейĕ) — Çuvaşıstan Respublikasının mədəniyyət, təhsil və tədqiqat müəssisəsi. Çuvaş və digər etnik qrupların təbii abidələrinin, tarixinin, maddi və mənəvi mədəniyyətinin ən böyük anbarı. Çuvaşıstan Respublikası ərazisində və Rusiya Federasiyasının digər bölgələrində çuvaşların kompakt yaşadığı bütün yerlərin mədəni irsinin saxlandığı muzey mərkəzidir. Muzey daş dövründən bu günə qədər olan materialları (arxeologiya, tarix, incəsənət, texnika və s.) toplayır, saxlayır, öyrənir və nümayiş etdirir. Fonduna 160 mindən çox muzey əşyaları daxildir. Muzey 1921-ci ildə təşkil edilmişdir. == Tarixi == 12 fevral 1921-ci il tarixində Çuvaşıstan Muxtar Bölgəsinin muzeylər seksiyasının qərarı ilə sənət və antik abidələrin qorunması məqsədilə Mərkəzi Çuvaş Muzeyi təşkil edildi. Muzeyin ilk rəhbəri Varşava Universitetinin Tarix və Filologiya Fakültəsinin məzunu 1937-ci ildə repressiyaya məruz qalmış Nikolay Pavloviç Neverov hesab olunur. Muzeyin arxeoloji və etnoqrafik kolleksiyaları 1920–1930-cu illərdə formalaşmağa başlamışdır. Muzeydə XVII–XVIII əsrlərə aid run əlifbası yazı abidələri var.
Çuvaş Nuqazaq (Auırqazı)
Çuvaş Nuğazağı (başq. Сыуаш Нуғаҙағы, çuvaş Чӑваш Нукасак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 8 km.
Çuvaş Nuğazağı (Avurğazı)
Çuvaş Nuğazağı (başq. Сыуаш Нуғаҙағы, çuvaş Чӑваш Нукасак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 8 km.
Çuvaş Qaramalı (Avurğazı)
Çuvaş Qaramalı (çuvaş Чăваш Хурамалĕ, başq. Сыуаш-Ҡарамалы) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 7 km.
Simbirsk Çuvaş müəllimlər məktəbi
Simbirsk Çuvaş müəllimlər məktəbi (çuvaş Чĕмпĕрти чăваш вĕрентӳçисен шкулĕ) — Çuvaş xalqının maarifçisi İvan Yakоvlеv tərəfindən 28 oktyabr 1868-ci ildə Simbirsk (hazırkı Ulyanovsk) şəhərində qurulan çuvaş, rus və Volqaboyu digər xalqların müəllimlərinin və digər ziyalılarının hazırlanması üçün təhsil ocağı. 1956-cı ilə qədər bu və ya digər şəkildə mövcud olan Simbirsk və ya Ulyanovsk vilayətinin mərkəzində yerləşmişdir. Məktəb həm də "Simbirsk çuvaş məktəbi" kimi də tanınır. Müxtəlif illərdə fərqli rəsmi adlar və statuslara malik olmuşdur. == Tarixi == 1868-ci ildə gimnaziya şagirdi İvan Yakovlev Simbirskdəki mənzilində çuvaş uşaqlara dərs verməyə başladı. 1871-ci ildə Rusiya İmperiyasının Xalq Maarif Nazirliyi Simbirsk çuvaş məktəbinə rəsmi məktəb statusunu verdi. Simbirsk çuvaş məktəbinin rəsmi olaraq təyin olunmuş ilk müəllimi Kalaşnikov, Vasili Andreeviç olmuşdur.. Doqquz il sonra bu adi məktəb müəllim hazırlamaq məqsədilə - Çuvaş müəllim məktəbinə çevrildi. 1869-1886-cı illərdə Simbirsk Çuvaş müəllimlər məktəbində işləyən, eləcədə Simbirsk quberniyasındakı dövlət məktəblərinin müdiri və müfəttişi İ.N.Ulyanov onun formalaşmasına və inkişafına böyük töhfə verib. Məktəbin formalaşmasında İ.V.Vişnevski, P.D.Şestakov və Nikolay İlminski böyük zəhmət çəkmişdilər.
Çuvaş Respublikası Milli Kitabxanası
Çuvaş Respublikası Milli Kitabxanası — Çuvaşıstannın aparıcı kitabxanası, mədəniyyət, təhsil və informasiya mərkəzi, region kitabxanalarının diyarşünaslıq, elmi-tədqiqat və elmi metodiki işinin mərkəzidir.1871-ci ildə yerli ziyalı, təsisçilər və abunəçilərin vəsaiti hesabına yaradılmış, 1889-cu ildə ictimai kitabxana statusu almışdır. 1917-ci ildən sonra Xalq təhsil şöbəsinin ixtiyarına (tabeliyinə) verilmiş, 1925-ci ildən dövlət büdcəsinə qəbul edilmişdir. 1938- ci ildə isə Maksim Qorki adına Respublika kitabxanasına çevrilmişdir. Bu da kitabxanaya mərkəzi nəşrlərin (pullu) və yerli nəşrlərin (pulsuz) əldə olunmasına imkan verir. 1994-cu ildən müasir adı və statusu müəyyən olunmuşdur. Fəaliyyətinin əsas istiqamətləri: çuvaş və digər region xalqlarının milli-mənəvi irsinin qorunub saxlanılmasına və inkişafına kömək etmək; respublika kitabxana siyasətini formalaşdırmaq; kitabxana-informasiya resurslarında qarşılıqlı istifadənin təşkilini təmin etmək; Beynəlxalq kitab mübadiləsini həyata keçirmək və s. Kitabxananın fondu 2 milyon nüsxəyə yaxındır. 1993-cü ildən yeni nəşrlərin Elektron Kitabxanası yaradılmışdır. “Çuvaş milli biblioqrafiyası” (1994), “Çuvaş Respublikası milli kitab xanası üzrə bələdçi” (Çuvaş dilində), “Çeboksari şəhər kitabxanaları”, “Sorğu kitabı - bələdçi”, “Çuvaş Respublikası mədəniyyətinin inkişafı ” və s. adlı biblioqrafik göstəricilər kitabxanalar tərəfindən çap edilir.
Çuvaş Dövlət Opera və Balet Teatrı
Çuvaş Dövlət Opera və Balet Teatrı (çuvaş Чăваш патшалăх оперăпа балет театрĕ) — 1960-cı ildə Çuvaş Dövlət Musiqili Teatrının bazasında yaradılmış Çeboksar teatrı. Mövcud teatr binası 1985-ci ildə inşa edilmişdir. == Tarixi == Teatr 1960-cı ildə F.Vasilyevin ilk Çuvaş operası "Şıvarman" ("Su dəyirmanı") ilə açılmışdır. Kollektivə Boris Semenoviç Markov rəhbərlik edirdi. Əvvəlcə tamaşalar Çuvaş Musiqi və Dram Teatrının səhnəsində oynanılırdı. 1967-ci ildə Q.Xirbinin "Narspi" operasının səhnələşdirilmiş quruluşu həyata keçirildi. O, həmçinin Çuvaşıstan Sovet Muxtar Respublikasının K.İvanov adına Dövlət Mükafatına layiq görüldü. Teatrda ilk balet tamaşası - A.Adamın "Jizel" tamaşası oldu. 28 iyun 1970-ci ildə ilk milli çuvaş baleti dünyaya gəlmişdir. Bu F.Vasilievin "Sarpiqe" baleti idi.
K.V.İvanov adına Çuvaş Akademik Dram Teatrı
K.V.İvanov adına Çuvaş Dövlət Akademik Dram Teatrı (çuvaş Чăваш патшалăх К. В. Иванов ячĕллĕ академи драма театрĕ) — Çuvaşıstanın ən qədim teatrı, çuvaşların mədəniyyət mərkəzi. Bədii rəhbər - SSRİ Xalq Artisti Valeri Yakovlev, teatr direktoru - Çuvaş Respublikasının Əməkdar Mədəniyyət İşçisi Yuri Vladimirovdur. == Tarixi == === Kazan dövrü === Teatr 1918-ci ildə Kazanda İ.S.Maksimov-Koşkinski tərəfindən qurulmuşdur. İlk dövrlər kollektiv "Çuvaş dramı", daha sonra "Çuvaş Sovet səyyar teatrı" adlandırıldı. Teatrın açılşı A.Ostrovskinin "İstədiyiniz şəkildə yaşamayın" tamaşası ilə olmuşdur. === Çeboksardakı Sovet teatrı === 1920-ci ildə teatr Çeboksarıya köçdü. Teatrın repertuarı çuvaş dramaturqlarının pyeslərindən və rus klassiklərinin tərcümələrindən ibarət idi. Bundan əlavə çuvaş dilində tamaşalar oynanırdı. 1927-1939-cu illərdə. P.N.Osipov baş rejissor kimi teatra rəhbərlik etmişdir.
Anat yençi çuvaşlar
Anat yençi çuvaşlar — çuvaş subetnosu. Əsas məskunlaşma sahəsi Çuvaşıstanın şimal-şərqidir. Miqrasiya nəticəsində anat yençi çuvaşların nümayəndələri də Volqaboyu və Uralın bir çox bölgələrində məskunlaşıblar. Anat yençi çuvaşlar 3 alt qrupa malikdirlər: Anat-Sivilskaya, Nijnetsivilskaya və Kozlovskaya. == Mənşəyi və yayılma arealı == Anat yençi çuvaşlar Çuvaşiyanın şimalında və şimal-şərqində məskunlaşıb. Onlara Başqırdıstan Respublikasında və Tatarıstan Respublikasında, Ulyanovsk, Orenburq vilayətlərində rast gəlinir. Lakin anat yençi çuvaşlar ən çox Penza, Samara və Saratov vilayətlərində yaşayır. Çuvaşların (anat yençi) əcdadları VII-VIII əsrlərdə Şimali Qafqaz və Azov çöllərindən gəlmiş bulqar tayfalarıdır. == Dialekt == Anat yençi çuvaşların dialektlərinin tədqiqi problemli olaraq qalır. Bəziləri anat yençi çuvaşların dialektlərinin müstəqil bir dil təşkil etdiyin hesab edir.
Anatri çuvaşlar
Anatri çuvaşlar — çuvaş xalqının etnoqrafik qrupu. Etnoqraflar onları 3 alt qrupa ayırırlar: şimal (Anış və Uryum çayları arasında); çalılıq və ya qərb (Böyük Bula və Karla çayları arasında); cənub və ya çöl (xirti) (Kubna və Karlanın çayarası kəsişməsi). == Yaşadıqları ərazilər == Anatri çuvaşların məskunlaşma ərazisi, Uta çayı boyunca anat yençi çuvaşların yaşadıqları ərazi ilə həmsərhəddir. Onların məskunlaşma əraziləri Çuvaşıstanın cənub bölgələrini və Tatarıstan Respublikasının ona bitişik rayonlarını və Ulyanovsk vilayətini əhatə edir. XIX əsrdəonların məskunlaşma ərazilərinə Tsivilski rayonunun cənub hissəsi və Simbirski, Buinski, Tetyuşski mahallarının şimal əraziləri daxil idi. == Mənşəyi == Etnik çöl yarımqrupu XVI əsrdə Çuvaşıstanın mərkəzi rayonlarından olan insanlar tərəfindən Kazan ələ keçirildikdən sonra çar administrasiyasının təzyiqi ilə, eləcə də ərazinin sərbəst müstəmləkəçiliyi nəticəsində kolonistlər tərəfindən formalaşmışdır. Qazan xanlığı dövründə yerli çuvaşlar orijinallığı dil və digər əlamətlərlə müəyyən edilən iki alt qrupa bölünürdülər: anatri, anat yençi və viryal/turi çuvaşlar. Sonuncular şərq qonşuları — tatarlarla ən böyük etnik-mədəni təmasda idilər. XVI əsrin ortalarından çuvaşların rus etnik qrupunun təzyiqi altında cənub çöl bölgələrində, Uryum çayının cənubunda məskunlaşması zamanı anatri çuvaşlarının yeni yarımqrupu — Hirti (çöl) meydana gəldi. Sovet arxeoloqu P. N. Tretyakovun Çuvaş Muxtar Sovet Sosialist Respublikası ərazisində apardığı qazıntılar nəticəsində müəyyən edildi ki, Çuvaş torpaqlarının cənub-şərq hissəsi, Çuvaş anatri bölgəsi Bulqar türklərinin dövlətinin mühüm bir hissəsi idi.
Viryal/Turi çuvaşlar
Viryal/Turi çuvaşlar (viryal, çuvaş dilində vir "yuxarı, qərb" və yal "kənd, icma" deməkdir) — çuvaşların iki böyük etno ərazi qrupundan biri. "Viryal", yəni Volqaboyu daha yüksəklərdə yaşayan atlılar adı "anatri" (çuvaş dilindən anat "aşağı, şərq"), yəni Volqaboyu daha aşağılarda yaşayan yerli çuvaşlar adına qarşıdır. == Mənşəyi == Bir sıra alim və antropoloqların fikrincə, atlı çuvaşların əcdadları burada yaşamış yerli fin-uqor tayfalarıdır (marilər, mordvalar). == Tarixi arayış == Rus salnamələrində viryal çuvaşlar Maris dağı ilə birlikdə "dağ çeremisi" kimi qeyd olunur. Marilərin özləri çuvaşları "suasla mari", tatarları isə "suas" adlandırırdılar. == Ənənəvi geyim == Tədqiqatçıların (N. İ. Qagen-Torn və digərləri) fikrincə, Çuvaş-Viryal və dağ Mari arasında qadın köynəklərinin kəsimi, eləcə də qadın geyimlərinin bütün kompleksi demək olar ki, eynidir. Viryal və dağ Mari arasında samandan çarıq hazırlamaq texnologiyası Anatri çuvaşların istifadə etdiyi texnologiyadan fərqli olaraq üst-üstə düşürdü. Anatri çuvaşlar uzun ayaq paltarı və onuçi geyinirdilər. Ayaqlarını fin-uqor qonşuları kimi qalın bükürdülər. Viryal ayaq örtükləri qara parçadan, anat ençi — qara və ağdan, anatri — yalnız ağdan toxunurdu.
Çuvaşca
Çuvaş dili (Чăваш чĕлхи) - türk dillərinin oğur qoluna aid dil, Rusiyanın Çuvaşiya Respublikasının rus dili ilə yanaşı ikinci rəsmi dili. == Müqayisə == == İstinadlar == Эктор Алос-и-Фонт. Оценка языковой политики в Чувашии Picket in defense of the Chuvash in Cheboksary Эктор Алос-и-Фонт, «Преподавание чувашского языка и проблема языкового поведения родителей», Чувашский государственный институт гуманитарных наук, 2015, Шупашкар.
Çuvaşca Vikipediya
Çuvaşca Vikipediya — Vikipediyanın çuvaş dilində olan bölməsidir. Bu günə gədər bu vikidə 51.501 məqalə yaradılıb. == Tarix == 2004 ildə istifadçi Kostik Vento (gəlçək adı Konstantin Xlızov) Vikimediya Fondundan Çuvaşca Vikipediyanı açmağa xahiş etdi. 7 dekabr 2005 — Иркутск 1500 məqaləni yazıb. 9 mart 2006 — 2000-ci məqalə — Drojanovsk Rayonu. 22 noyabr 2006 — 4500-cü məqalə — Lava (çat). 17 iyul 2008 — 8000-ci məqalə — Roqaçov Yakov Kapitonoviç. 6 aprel 2009 — 10 000-ci məqalə — Haydeqqer Martin. 13 fevral 2010 — 11 000-ci məqalə — Monqol dili. 26 yanvar 2011 — 12 000-ci məqalə — Tokay.
Çuvaşlar
Çuvaşlar – türk xalqlarından biri. Çuvaş dilində danışırlar. Öz dillərindəki "чăваш" kəliməsi çuvaş ləhcələrində "çovaş", "çuvaş" və ya "çıvaş" kimi səslənə bilər. Kubratın böyük oğlu Batbayan xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bulqarlara Qara Bulqarlar deyilir. Xalqın ən əhəmiyyətli hissələrindən bir qismi şimala köç edib İdil Bulqar dövlətini qurdular və və şimala köç edən İdil Bulqarlarına Ağ Bulqarlar da deyilir. Ağ bulqarlar bugünkü çuvaş xalqının əcdadlarından sayılırlar. == Dini mənsubiyyət == Çuvaşların əksəriyyəti xristiandır. == Sayları == 2002-ci ildə Rusiya Federasiyasında aparılmış siyahıya almanın yekunlarına əsasən 1.637.094 nəfər çuvaş yaşayır. Onlardan 889.268 nəfəri Rusiyanın Çuvaşiya Respublikasında, 126.532 nəfəri Tatarıstan Respublikasında, 117.317 nəfəri Başqırdıstan Respublikasında yaşamışdır.
Çuvaşıstan
Çuvaşıstan, Çuvaşıstan Respublikası, Çuvaşiya, Çuvaşiya Respublikası (rus. Чувашская республика, çuvaş Чăваш Республики) — Rusiya Federasiyası subyektlərindən biri. Paytaxtı Çeboksarı şəhəridir. == Tarixi == Çuvaşıstan ərazisi 1551-ci ildə Rus imperiyası tərəfindən işğal edilib. O dövrdən başlayaraq çar hökumətinin müstəmləkə siyasəti çuvaş xalqını acınacaqlı hala salıb. Ən məhsuldar torpaqları əllərindən alınıb və xristianlığı qəbul etməyə məcbur olmuşlar. == Coğrafiya == Respublikanın ərazisi 18.3 min kvadrat kilometrdir .Çuvaş Respublikası Volqa-Ural regionunda yerləşir. Paytaxtı Çeboksarı şəhəridir. Rusiya Federasiyasının tərkibindədir. Rəsmi dili çuvaş və rus dilidir.
Çuvaşıstan tarixi
Çuvaşıstan tarixi — Çuvaşıstanın keçmişi. == Tarixi == === Tarixşünaslıq === Volqaboyunda yaşayan türkdilli xalqlardan biri olan çuvaşların tarixinin qədim və erkən orta əsrlər dövrünə aid yazılı mənbə çox azdır. Volqaboyu Rusiya tərəfindən işğal edildikdən sonra çuvaşlar haqqında rus tədqiqatçılarının əsərləri yaranmağa başlayır. Çuvaşların tarixinin yazılması təşəbbüsü N.İ.Aşmarinə mənsubdur. N.İ.Aşmarin arxeoloji faktlar və azsaylı yazılı mənbələr əsasında belə qənaətə gəlmişdir ki, çuvaşların təşəkkülündə qədim türkdilli bulqarlar mühüm yer tutmuşlar. Bu problem sonra P.N.Tretyakov tərəfindən araşdırılmışdır. Volqaboyunda yaşayan türk xalqlarının, o cümlədən çuvaşların IX-X əsrlər tarixi məsələlərinə B.N.Zaxoder də toxunmuşdur. === Etimologiya === Çuvaşların XVIII əsrə qədər bir əlifbalarının olmaması səbəbindən özləri üçün "Çuvaş" adını nə zamandan etibarən istifadə etdikləri haqqında hər hansı bir məlumat yoxdur. Bunun üçün "Çuvaş" adını digər qaynaqlarda axtarmaq lazımdır. Bu xalq özü-özünə "çavaş" deyir.

Digər lüğətlərdə

зажа́дничать моллю́ск помоло́ть просипе́ть си́вый сильното́чный мифологи́чность на что́? односло́вно осадкообразова́ние отре́зочек распека́ние так-с калита blaster brewer devastate draw aside homodynamy pigeon poliovirus press pump запечатать заселённый факсимиле