ÇÜRÜK

sif.
1. Çürüyüb xarab olmuş; çürümüş. Çürük taxta. Çürük meyvə.
[Balaş:] Artıq bu həqiqətdir ki, qadınsız cəmiyyət çürük bir ağac kimidir. C.Cabbarlı.
[Sona:] Öz məhəbbətinə dönük çıxan … adamı çürük diş kimi kökündən qoparıb ataram. B.Bayramov.

2. məc. Sağlam bir təmələ, dəlilə əsaslanmayan; etibarsız. Çürük nəzəriyyə. Çürük fikirlər.
– Əsrlərdən bəri avam xalqın iliyinə qədər yerləşmiş çürük əqidələr dəxi puç olub getdi. Ü.Hacıbəyov.

// məc. Köhnəlmiş, zəmanəyə uyğun olmayan, vaxtı keçmiş. Çürük adətlər.
// məc. Boş, mənasız, lüzumsuz.
[Səlim:] Sizin kimi ziyalı bir adam bu kimi çürük və mənasız şeylərlə məşğul olarsa, o zaman avam və fanatik müsəlmanları nə haqla qınaya bilərik? S.Hüseyn.

◊ Çürüyünü çıxar(t)maq – bir şeyi həddindən artıq təkrarlayaraq bıqdırmaq.
[Bibixanım Fərruxa:] O qədər çürüyünü çıxardırsan ki, sonra day yerini almaz. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇÜRÜK iyli — qoxulu
  • ÇÜRÜK kif — çəng

Antonimlər (əks mənalı sözlər)

  • ÇÜRÜK ÇÜRÜK – SAF Xəstənin yastığı yanında bir tərəfi çürük nar gördüm (Mir Cəlal); Boşqablara böyük, saf, şirin narlar, sarı armud, üzüm qalanmışdı (Mir Cə
ÇÜNKİ
ÇÜRÜKÇÜ
OBASTAN VİKİ
Çürüksulu Mahmud Paşa
Çürüksulu Mahmud Paşa (1865 - 31 Temmuz 1931) — Gürcü əsilli Osmanlı əsgəri və dövlət adamı.. == Həyatı == Acarıstan Muxtar Respublikasının Kobuleti rayonunda anadan olmuşdur. 1909-cü ildə Osmanlı ordusunun Alman Qərargahınının nəzarətində olan hissəsinin modernləşdirilməsində iştirak etdi. Balkan müharibələri başladığı bir vaxtda general-leytenant dərəcəsinə yüksəldi. 1913-cü ildə yaradılan Səid Həlim Paşanın rəhbərlik etdiyi İttihad və Tərəqqi hökumətində Daxili İşlər Naziri təyin edildi. == Fəaliyyəti == 1914-cü ildə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsinə daxil olmasına qarşı çıxdı. Mahmud Paşa hesab edirdi ki, Osmanlı İmperiyası müharibədə iştirak etmək üçün kifayət qədər hazırlıqlı deyil. İttihad və Tərəqqi komitəsindən müstəqil dövlət adamı kmi tanınmağa başladı. Talat Paşanın rəhbərlik etdiyi vaxtlarda Dəniz Donanmasının naziri oldu. 1918-ci ildə Osmanlı İmperiyası Məclisinin üzvü təyin edildi.

Digər lüğətlərdə

в гармо́нику опыли́тель орхиде́йный всякими мане́рами дупле́т к за́паду ма́терный на руку нечи́ст неве́ста партиза́нить снотолко́вник чемез bidonville calami coup de théâtre forever lissom mooring line switching-over неокантианство придыхательный пробирный самообман стремительный тупо