Azərbaycan dilinin izahlı lüğətində DABBAĞ sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər.] Heyvan dərilərini aşılama vasitəsilə gönə və meşinə çevirmək sənəti ilə məşğul olan usta. Dabbağ sevdiyi dərini yerdən-yerə vurar. (Ata. sözü). _ Dabbağ etmək – dərini aşılama vasitəsilə gön və ya meşinə çevirmək. ◊ Dabbağda gönünə bələd olmaq (gönünü tanımaq) – bir adamın keçmişinə və hər cür gizli işlərinə yaxşı bələd olmaq, keçmişini, iç-üzünü bilmək. [Əbdül:] Mənim gözüm kor deyil, mən Kərimin dabbağda gönünü tanıyıram. Ə.Haqverdiyev. [Xanlar:] Mən [Abuzər bəyin] dabbağda gönünə bələdəm. M.Hüseyn.
← DABANSIZ

sif. Dabanı olmayan. Dabansız ayaqqabı.

DABBAĞXANA →

is. [ər. dəbbağ və fars. ...xanə] Xam dərilərdən aşılama yolu ilə gön və meşin hazırlanan karxana, emalatxana.