DABBAĞXANA

is. [ər. dəbbağ və fars. ...xanə] Xam dərilərdən aşılama yolu ilə gön və meşin hazırlanan karxana, emalatxana. Qadın dabbağxana dərəsi məhəlləsinə dönərkən Fəxrəddin onu səslədi.. M.S.Ordubadi. Sərdar Təbrizin məşhur dabbağxanaları yerləşən səmtə doğru yönəldi. P.Makulu. ◊ Dabbağxanada gönünü tanımaq (gönünə bələd olmaq) – b a x dabbağda gönünə bələd olmaq (“dabbağ”da). Mən onun dabbağxanada gönünü tanıyıram. A.Şaiq.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

DABBAĞXANA кожевенный завод, дубильный завод ətraflı

Azərbaycanca-rusca lüğət

DABBAĞXANA сущ. дубильная (помещение, где производится дубление) ◊ dabbağxanada gönünü tanımaq kimin знать как облупленного кого ətraflı

Author: Obastan; Publisher: Obastan