Azərbaycan dilinin izahlı lüğətində DAD sözün mənası. Толковый словарь азербайджанского языка.

is.
1. Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; tam. Kür suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, .. nə iylidir. C.Məmmədquluzadə. _ Dad orqanı (üzvü) anat. – dilin səthində olan və dadı müəyyənləşdirməyə xidmət edən sinir ucları. Dadına baxmaq – 1) yeyilən və ya içilən şeyin dadını bilmək üçün ondan bir az yemək, ya içmək; 2) az yemək.
2. məc. Ləzzət, nəşə. Ad mənim, yar özgənin; Neylərəm mən bu dadı. Sarı Aşıq. [Qacar:] Deyirlər şirindir busənin dadı; O da kor bəxtimə qismət olmadı. S.Vurğun. _ Dad almaq – ləzzət almaq. Bu yeməkdən heç bir dad almadım. – Ol şuxə ki can olurdu Fərhad; Şirin dodağından aldı yüz dad. Xətayi. Qoy başını sinəsinə, bir dad al; Qoy babalın boynuma, get, arvad al. M.Ə.Sabir. Dad vermək – ləzzət vermək, nəşə vermək, xoşa gəlmək. Bahar nə xoş gəlir, ruha dad verir; Xəyala, duyğuya qol-qanad verir. S.Vurğun. Yeni xəbərlər, xüsusən müsamirə qızlara dad verirdi. Ə.Vəliyev. Dada gətirmək – dadlı etmək, ləzzətli etmək; dadlandırmaq. Dadı damaqda qalmaq, dadı damaqdan getməmək – unudulmayacaq qədər ləzzətli şey haqqında. ..İştaham yox idi, gör xörəyin necə dadlıdır ki, hamısını yedim, hələ bir dadı damağımda da qaldı. M.Hüseyn. // Heç unutmamaq, yadda saxlamaq. [Hacı Səmsam:] ..İndi sizə elə bir aş içirdim ki, ölənə kimi dadı damağınızdan getməsin. P.Makulu.
← DABBAĞLIQ

1. is. Xam dəriləri gön və meşin halına salma sənəti.

DAD₂ →

is. [fars] 1. Fəryad, fəğan, haray. Dedi: ayə nədir bu dadə səbəb; Halətin görsənir nəzərdə əcəb.