DAD₃

nida. Aman, haray, vay. Ey sevdiyim, səndən qeyri kimim var? Gəl üstümə, aman, öldüm, dad, öldüm! M.V.Vidadi. Əhdi pozub əgərçi mən üsyanın eylərəm; Ey dad, haray, nə növlə samanın eylərəm. M.Ə.Sabir. // Çox vaxt “dad ... əlindən” şəklində işlənir. Anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən. (Ata. sözü). Canım aldın mey üçün, saqi, içirdin mənə qan; Dad əlindən ki, məni al ilə məğbun eylədin. Füzuli. Aylar keçdi acı illərdən yaman; Dad sənin əlindən, hicran, ay hicran! M.Rahim.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

DAD 1. вкус, привкус, вкусовое ощущение; 2. помощь, подмога; 3. жалоба, крик о помощи; ətraflı

Azərbaycanca-rusca lüğət

DAD 1 I сущ. 1. вкус: 1) ощущение, возникающее при раздражении слизистой оболочки языка различными веществами, качеством пищи при еде. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

DAD ləzzət — nəşə ətraflı
DAD fəryad — fəğan — haray ətraflı
DAD kömək — imdad ətraflı
DAD şikayət ətraflı
DAD aman — vay — haray ətraflı
DAD tam ətraflı

Azərbaycan dilinin omonimlər lüğəti

DAD DAD I is. psix. Xarici duyğuların növlərindən biri, tam. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

DAD I DAD, LƏZZƏT [Qaysı gilasa:] Yox sənin ətin; Dadın, ləzzətin; Quru sümüksən; Ağaca yüksən (M. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

DAD I. i. taste; ~ına baxmaq to taste (d. ətraflı

Author: Obastan; Publisher: Obastan