AQİBƏT

is. [ər.] Son, axır, nəticə, nəhayət. [Piri baba:] Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. S.S.Axundov. Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdü. M.İbrahimov. // Ara söz mənasında. Ey Nəbati, nə qədər var isə ömrün, xətt yaz; Aqibət, bir gün olur kim, gəli bir karə bu xətt. Nəbati. // Zərf mənasında. Axırda, nəticədə. Dərdinə bulunmaz oldu dərman; “Məcnun” dedi, verdi aqibət can. Füzuli. Gövhəri-əşkin kimi düşdün nəzərdən aqibət; Noldu, ey miskin könül, bir söylə təqsirin sənin? S.Ə.Şirvani. Çəksə hər kim ki bir qədər zəhmət; Olar, əlbəttə, aqibət rahət. A.Səhhət. ◊ Aqibətin(iz) xeyir! (xeyir olsun!) – “sabahın (axşamın) xeyir!”ə cavab olaraq işlədilən ifadə. [Cavanşir:] Aqibətiniz xeyir! Haradan belə, övladlarım? M.Hüseyn.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

AQİBƏT сущ. 1. будущее, судьба. Bunların aqibəti necə olacaq? как сложится их будущее? 2. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

AQİBƏT son — axır — nəticə — nəhayət ətraflı
AQİBƏT tale — bəxt ətraflı

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

AQİBƏT ə. 1) son, axır, nəticə; 2) ən sondakı, axırda olan, axırıncı. ətraflı

Author: Obastan; Publisher: Obastan